Şəki Regional Mədəniyyət İdarəsinin “Mədəniyyət qalası” qəzetinin növbəti sayı nəşr edilib.
Oxucular yeni sayda 28 May Respublika Günü ilə bağlı paytaxt Bakı və Şəki şəhərində keçirilmiş bayram tədbirləri, “Muzeylər və Nəsimi irsi” proqramı üzrə təşkil edilmiş muzey həftəsi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkədə ikinci dəfə keçirilən “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanının Balakən rayonunun olması, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Salnaməfilm” kinostudiyasının çəkdiyi “Saxurlar” və “İki əsgər” filmlərinin təqdimat mərasimləri, regionda ilk uşaq operasının premyerası və regionun digər mədəniyyət xəbərləri ilə tanış ola bilərlər.
Qəzeti www.sheki.mctgov.az ünvanına daxil olmaqla elektron versiyada oxumaq mümkündür.