19.01.2019 02:25
“20 yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Mədəniyyət Nazirliyi
nin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “20 YANVAR”ı unutmadıq” adlı foto-sərgi və dəyirmi masa keçirilmişdir.Tədbir iştirakçıları mövzu ilə əlaqədar öz fikirlərini bölüşmüşdür. “Qanlı yanvar gecəsindən artıq 29 il ötür. 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini böyük hörmət və ehtiramla əziz tutur, hər il respublikanın idarə və təşkilatlarında onların xatirəsinə həsr edilmiş müxtəlif tədbirlər həyata keçirilir” deyə qeyd olunmuşdur.