Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1880

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Bayraq gününə həsr olunmuş tədbir keçirilmişdir

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında noyabrın 6-da Bayraq gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə “Bayrağımın rəngləri gözümüzə nur verir” məktəblərarası illustrasiyalı kitab müsabiqəsinə qatılan bütün uşaqlar iştirak edirdi. Əvvəlcə tədbir iştirakçıları kitabxananın oxu zalında təşkil olunmuş müsabiqə iştirakçılarının İllustrasiyalı kitabları ilə, sonra isə Bayraq gününə həsr olunmuş “Bayrağımın rəngləri gözümüzə nur verir” adlı kitab sərgisi ilə tanış oldular. Tədbir Azərbaycanın himni ilə başladı. Tədbiri giriş sözü ilə kitabxananın direktor müavini Zahirə Dadaşova açaraq Bayraq Günü ilə əlaqədar ətraflı məlumat verdi və çıxışında qeyd etdi ki: Azərbaycan bayrağı Azərbaycan xalqının müstəqilliyinin və istiqlalının rəmzidir. Azərbaycan bayrağı namus və qeyrət emblemi olub dövlətimizin mənəvi-siyasi pasportu, vizit vərəqəsidir.”

Tədbir iştirakçıları həmçinin Bayraq gününə həsr olunmuş filmə tamaşa etdilər. Tədbirdə XXI əsr məktəbinin şagirdləri musiqi nömrələri ilə çıxış etdilər, Bakı Modern Məktəbinin və Nəsimi rayonundakı 164 saylı məktəbin şagirdləri bayrağa həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər. Bayraq gününə həsr olunmuş İllustrasiyalı Kitab müsabiqəsi qaliblərinin adları açıqlandı. Münsiflər heyəti tərəfindən seçilmiş “kitabların” müəllifləri diplom və hədiyyələrlə təltif olundular. Tədbirdə iştirak edən bütün oxuculara kitabxananın təsis etdiyi “Göy qurşağı ” uşaq jurnalı və kitablar hədiyyə edildi. Qaliblərlə xatirə şəkilləri çəkildi. 
“Bayrağımın rəngləri gözümüzə nur verir” məktəblərarası illustrasiyalı kitab müsabiqəsinin qalibləri: 
I yer- Düzgün kitab tərtibatı nominasiyasına görə, Səbail rayonu, 7 saylı orta məktəb
II yer- Ən yaxşı əl işi nominasiyasına görə, Bakı Modern Məktəb
III yer -Əlyazma kitab nominasiyasına görə, N.Nərimanov rayonu 212 saylı məktəb

IV yer- Oxucu seçimi nominasiyası üzrə, Yasamal rayonu 53 saylı məktəb

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib