Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2331

“F.Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı II elmi-ifaçılıq konfransı

Noyabrın 22-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli İncəsənət Məktəbində böyük Azərbaycan bəstəkarı F.Əmirovun anadan olmasının 95, adını daşıdığı məktəbin təsis olmasının 55 illik yubileyinə həsr olunmuş “F.Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı şagirdlərin II elmi-ifaçılıq konfransı keçirilib.

Tədbirdə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin  Musiqi təhsili və incəsənət sektorunun  baş məsləhətçisi Mehriban Qurbanova, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin müdir müavini Sevinc Süleymanova, Binəqədi rayonu YAP-nın sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri, professor,  əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar və Memarlar İttifaqının üzvü  Elturan Avalov, eləcədə Bakı şəhər musiqi məktəblərinin direktorları iştirak ediblər.

2016-cı ildə keçirilmiş “Min bir gecə uşaqların gözü ilə” ilk  konfransdan fərqli olaraq “ F.Əmirov mövzusuna yeddi eskiz” adlı bu dəfəki konfransda bəstəkarın əsərlərinin müxtəlif ansambllar üçün işləmələri yer almışdır.

Məktəbin daha geniş planda həyata keçirilmiş bu layihəsinə Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin şagirdləridə qatılıblar.

Konfrans çərçivəsində F.Əmirovun  “Sevil “operasından vals fortepiano ansamblının, “Aslanın mahnısı” skripkaçılar triosunun, “Göygöl“ mahnısı qanun kvartetinin, “Azərbaycan dağlarında” və “Aşıqsayağı” əsərləri fleyta və klarnetin duetində, “Min bir gecə” baletindən iki nömrə kamançaların dueti və tarın ifasında şagirdlərin özü tərəfindən təhlil olunaraq ifa edilib.

Tədbirin sonuncu nömrəsi məktəbin xalq çalğı alətləri orkestrinin ifasında təqdim olunan bəstəkarın  “Gözünaydın “ musiqili komediyasından  “Rəqs” nömrəsi olub. 

Elmi-ifaçılıq konfransının sonunda məktəbin direktoru, əməkdar müəllim, professor Adilə Yusifova iştirak edən bütün qonaqlara minnətdarlığını bildirib.

 

 

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı