Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
595

Frankfurt Beynəlxalq Kitab Yarmarkası çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 11-də Almaniyanın Frankfurt-Mayn şəhərində Frankfurt Beynəlxalq Kitab Yarmarkası işə başlayıb. Azərbaycanın ənənəvi olaraq təmsil olunduğu beynəlxalq tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından və ölkəmizin nəşriyyat nümayəndələrindən ibarət heyət iştirak edir.

Ölkəmizin stendində Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti və turizm imkanları ilə bağlı 380 adda 700-ə yaxın nəşr məhsulları alman, ingilis və Azərbaycan dillərində ziyarətçilərə təqdim olunur.

Sərginin açılış günündə bir sıra işgüzar görüşlər keçirilib. Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dövlət katibi Ömer Arısoy nümayəndə heyəti ilə birgə Azərbaycanın pavilyonunu ziyarət edib.

Sərginin ikinci günü - 12 oktyabrda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin,  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə milli pavilyonda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin elmi və mədəni layihələr rəhbəri Arzu Təbrizli açaraq mərkəzin fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra Nizami irsinin tədqiqatçısı, uzun illərdən bəri Almaniyada yaşayan soydaşımız Sevil Fuks "XVIII-XXI əsrlərdə alman dilli Nizamişünasların elmi tədqiqatlarının nəticələri" mövzusunda məruzə ilə çıxış edib. S.Fuks on beş il ərzində apardığı tədqiqatlara əsaslanaraq Almaniyada hər zaman Nizami irsinə böyük marağın olduğunu və “Xəmsə”nin əcnəbi dillər arasında tam formada yalnız alman dilinə tərcümə olunduğunu vurğulayıb.

Növbəti çıxışçı – Nizami qəzəllərinin alman dilinə tərcüməçisi Rozmari Kuperin böyük şair-mütəfəkkirin “Yeddi gözəl” poemasından tərcümə etdiyi “Fitnə” hekayəsini alman dilində iştirakçılar üçün oxuması tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Daha sonra AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin "Berlin Dövlət Kitabxanasında qorunan 21 ədəd "Xəmsə" poemalar toplusu, Drezden kitabxanasında qorunan “Kitabi-Dədə Qorqud” dastanı və 1751-1817-ci illərdə yaşamış görkəmli alman diplomatı və elm xadimi Henrix Fridirx fon Ditzin kolleksiyasında qorunan qədimi əlyazmalara çəkilmiş miniatür nümunələrinin tədqiqi" mövzusunda məruzəsi dinlənilib. Həmçinin qeyd olunan qədim əlyazmalarda yer alan miniatür sənət nümunələrinin fotoları tədbir iştirakçılarının diqqətinə təqdim olunub.

Tədbirdə “Mayns-Azərbaycan” Cəmiyyətinin sədri Başar Kömür, “Avropa Əməkdaşlıq Forumu”nun sədri Samirə Patzer-İsmayılova və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, Frankfurt yarmarkasında iştirak edən Ermənistan tərəfi bu dəfə də öz xislətinə uyğun olaraq ölkəmizə qarşı təxribata əl atıb. Ermənistanın stendində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və digər işğal olunmuş ərazilərini qondarma “DQR” adı altında göstərən xəritələr yerləşdirilib. Amma bu çox çəkməyib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Almaniyadakı səfirliyinin əməkdaşlarının səyləri sayəsində həmin xəritələr stenddən yığışdırılıb.

XƏBƏRLƏR

20.10.2017 18:06
Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada "Günlərdən ŞEİR" adlı layihənin növbəti tədbiri həyata keçirilmişdir
20.10.2017 17:00
Lənkəran Dövlət Universitetinin müəllim və tələbə kollektivi Azərbaycanın Dövlət Müstəqilliyi gününü Lənkəran teatrında qeyd ediblər
20.10.2017 16:52
Şabranda “Regional mədəniyyət günü” keçirildi
20.10.2017 16:12
Mingəçevir Turizm Kollecində “Müstəqilliyimiz daimidir, dönməzdir və əbədidir” mövzusunda konfrans keçirilib
20.10.2017 15:44
Azərbaycan İstiqlal Muzeyi öz ekspozisiyasında “Mən Azərbaycanlıyam” adlı tədbir-sərgi keçirtdi
20.10.2017 15:36
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin saytının təqdimatı keçirildi
20.10.2017 13:42
Mədəniyyət və turizm naziri Biləsuvarda vətəndaşları qəbul edib
20.10.2017 12:46
Leyla Əliyeva Musiqili Teatrda olub
20.10.2017 11:02
Azərbaycan Rəssamlarının Vahid İnformasiya Bazasının və Azərbaycan Dövlət Rəsm Qalereyasının veb-saytının (www.azgallery.az) təqdimatı keçiriləcəkdir
20.10.2017 11:00
Görkəmli Azərbaycan rəssamı Həsən Haqverdiyevin 100 illik yubileyinə həsr olunmuş “Davam" adlı sərgi keçiriləcəkdir
20.10.2017 09:34
“Bahariyyə. Muğam müasirliklə dialoqda” adlı dahi Azərbaycan şairi və filosofu İmaməddin Nəsiminin xatirəsinə həsr olunmuş muğam gecəsi təşkil edilib
20.10.2017 09:30
AZAL Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin üzvü oldu
19.10.2017 17:59
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Dövlət Müstəqilliyi günü münasibətilə silsilə tədbirlər keçirilib
19.10.2017 17:56
Azərbaycanın Dövlət Müstəqilliyi ən böyük sərvətimizdir
19.10.2017 17:45
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinə tabe müəssisələrdə Müstəqillik Günü qeyd olunub
19.10.2017 17:10
Bakı Beynəlxalq Film Festivalının təşəbbüs qrupunun iclası keçirilib
19.10.2017 15:32
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Maya Hristova arasında görüş keçirildi
19.10.2017 12:05
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi keçiriləcəkdir
19.10.2017 11:30
Milli İncəsənət Muzeyində “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan naxışları” sərgisi
18.10.2017 18:23
Müstəqillik Günü Musiqili Teatrda qeyd olunub
18.10.2017 18:12
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq
18.10.2017 18:07
Kukla Teatrı növbəti beynəlxalq festivalda
18.10.2017 18:04
Beynəlxalq simpozium çərçivəsində xalçaçılıq sənətinə həsr olunan sərgilər açılıb
18.10.2017 17:55
Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kollecinin nümayəndə heyəti Mingəçevir Turizm Kollecinə işgüzar səfər edib
18.10.2017 17:47
Milli Kitabxanada Azərbaycanın müstəqilliyinin 26-cı ildönümünə və Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda dəyirmi masa keçirilmişdir
18.10.2017 17:43
Nazir müavini Nazim Səmədov “Caspian European Club” və “Caspian American Club”un iclasında iştirak etmişdir
18.10.2017 17:41
Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib
18.10.2017 17:36
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Müstəqillik Günü qeyd edilib
18.10.2017 16:02
V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun açılışı olub