21.02.2020 04:00
Fransanın Respublikasının Azərbaycandakı səfiri Zakari Gros Sumqayıt Dövlət Dram Teatrının qonağı oldu.
Qonaqları teatrla tanış edən Sumqayıt Dövlət Dram Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov səfirə teatrın tarixi və repertuarı haqqında məlumat verdi. Hazırda teatrın repertuarında Marsel Berkye Marinye “Oğru” tamaşasının da yer aldığı barədə məlumatlandırılan səfir məmnunluğunu bilidrərək gələcəkdə Fransa-Azərbaycan teatrları arasında əməkdaşlığın ölkələrarası münasibətlərinin vacibliyini vurğuladı.