Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1481

Füzuli Dövlət Dram Teatrı mövsümə ''Mən Zəhrayam" adlı poetik xalq faciəsi ilə yekun vurdu

Füzuli Dövlət Dram Teatrı XVIII mövsümünə son günlər rayon ərazisində baş verən hadisə ilə əlaqədar ''Mən Zəhrayam" adlı poetik xalq faciəsi ilə yekun vurub.

Faciə 04 iyul 2017-ci il tarixində Füzuli rayon Alxanlı kənd sakinləri Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi iki yaşlı Zəhra Elnur qızının erməni təxribatı nəticəsində faciəvi şəkildə qətlə yetirilməsinə həsr olunub. İlk çıxış edən teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev bildirib ki, bu hadisə bütün Azərbaycan xalqını sarsıtdı. Biz Zəhramıza və ümumillikdə erməni təxribatı nəticəsində qətlə yetirilən 10 minlərlə günahsız soydaşlarımıza ədalət istəyirik.

Daha sonra çıxış edən Füzuli rayon icra hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova hadisə haqqında qeyd edib ki, bu hadisə bütün dünya ictimaiyyətinə erməni vandalizminin var olduğunu və hələdə davam etdiyini göstərdi. Zəhra və nənəsi qətlə yetirildiyi gündən bütün nəzərlər Füzuliyə və şəhidlərinə yönəldildi. Beynəlxalq təşkilatların diqqət mərkəzinə alındı. Biz Azərbaycan xalqı olaraq Zəhramızın qisasını istəyirik. Daha sonra teatrın aktyorlarının ifasında 04 iyul şəhidləri anılıb, onların həyat hekayəsi tamaşada əks olunub. Sonda teatrın aktyorlarının dəvəti ilə rayon ərazisində yerləşən baxça uşaqları səhnəyə dəvət olunub. Balaca şəhid Zəhranın dünəni, yaşasaydı bu günü və gələcəyi uşaqların çıxışlarında əks olunub. Zəhranın dilindən deyilən şeir və sözlər tamaşaçılarda bir daha düşmənə nifrət hisslərini oyadıb.

Tədbir "Biz zəhrayıq" adlı çağrışla sona çatıb.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb