26.09.2018 02:28
Füzuli Dövlət Dram Teatrı 30-cu mövsümünü 2018-ci ilin repertuarında yer alan Əhməd Orucoğlunun "Nənənin kələyi” tamaşası ilə açmışdır.
Əli Hüseynovun quruluşu əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada İntizar Quliyeva, Sevinc Məmmədova, Elşən Gözəlov, Vaqif Rəhimov, Qaçaq Qarayev, Sehran Xanlarov və başqaları çıxış edir.
Mövsüm açılışında tamaşaçı qismində Füzuli Rayon İcra Hakimiyyətinin rəsmiləri, Horadiz şəhər ümumtəhsil məktəblərinin kollektivi iştirak etmişdir.
Sonda çıxış edənlər teatr heyətini yeni mövsüm münasibətilə təbrik etmiş və gələcək işlərində uğurlar arzulayıblar.