21.06.2019 11:09
Füzuli Dövlət Dram Teatrında 2019-cu ilin repertuarında olan Əli Səmədlinin "Əhmədin vəfalı xoruzu” əsərinə ictimai baxış olub.
Tamaşanın quruluşçu rejissoru Sehran Xanlarov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. Tamaşada əsas rolları Sevinc Məmmədova, Nicat Süleymanzadə, İntizar Quliyeva, Əli Hüseynov, Elşən Gözəlov və başqaları ifa edir.
Məlumat üçün bildirək ki, teatr 30-cu mövsümünü 15 iyul 2019-cu il tarixində saat 12:00-da nümayiş olunacaq eyni adlı əsərlə bağlayacaq.