Füzuli Tarix-Diyarşünaslıq Muzeyində uşaqlara Xocalı faciəsi haqqında məlumat verilib
2157
25.02.2020
25.02.2020 03:07
Vətənə məhəbbət hislərinin, tariximizə marağın erkən yaşlardan aşılanması məqsədilə Füzuli rayonunda məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların Horadiz şəhərində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinə mütəmadi olaraq ekskursiyaları təşkil edilir.
Növbəti ekskursiyada rayonun işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən Kərimbəyli və Aşağı Yağlıvənd kənd körpələr evi-uşaq bağçalarının uşaqları iştirak edib.
Ekskursiya zamanı muzeyin müxtəlif guşələri ilə tanış olan uşaqlar Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş fotoguşəyə də baxış keçiriblər. Muzeyin bələdçiləri balacalara Xocalı faciəsi haqqında ümumi məlumat verib, uşaqlar mövzuya uyğun şeirlər söyləyiblər.