G.Şaroyev adına 35 nömrəli musiqi məktəbində “Fortepiano musiqisi axşamı” adlı konsert keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində “Fortepiano musiqisi axşamı” adlı konsert keçirilib. Konsertdə məktəbin fortepiano şöbəsinin şagirdləri Azərbaycan, Qərbi avropa, Rus bəstəkarlarının əsərlərini və həmçinin fortepiano ilə orkestr üçün bəstələnmiş Konsertləri məharətlə ifa ediblər.
Konsertdə əsasən aşağı sinif şagirdlərinin ifasına yer verilib, şagirdləri “İpək yolu” Kamera Okrestri müşayiət edib. Orkestrin bədii rəhbəri və baş dirijoru əməkdar artist Vaxtanq İmanovdur.
Sonda məktəbin direktoru Azərbaycan Milli Konservatoriyasının dosenti, əməkdar müəllim Yusif Vəliyev bütün qonaqlara, orkestrin bədii rəhbəri va baş dirijoru V. İmanova, həmçinin orkestrin solistlərinə öz təşəkkürünü bildirib.