17 aprel 2018-ci il tarixində Gədəbəy Aşıq Məktəbində Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurova həsr edilmiş "İsgəndərin sorağında" sənədli filminin təqdimatı olmuşdur.
Tədbirdə Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə, filmin ssenari müəllifi və rejissoru, Əməkdar İncəsənət xadimi Nizami Abbas, Milli Qəhrəmanın döyüş yoldaşları Məzahir Hüseynov, Qəzənfər Həsənov və Kərəm Nəbiyev çıxış edərək, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəmanlarımızın insanlara daha yaxından tanıdılmasında, xüsusən gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında bu cür filmlərin mühüm əhəmiyyətindən danışmışlar.
Sonra filmin nümayişi olmuşdur. Dövlət sifarişi ilə “Yaddaş” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” sənədli filmlər silsiləsindən çəkilən film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.