Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2288

Gədəbəydə metodiki tövsiyyələrin təqdimatı keçililib

Cari ilin 23 iyul tarixində Gədəbəy rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə  Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Şəmkir Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə “Müasir xidmətlər, yeni metodlar” adlı təlim, Mərkəz tərəfindən hazırlanan metodiki tövsiyələrin təqdimatı  təşkil olunub.

Tədbir zamanı mərkəzin direktoru Asif Usubəliyev öz çıxışında qeyd etdi ki, təlimin təşkilində əsas məqsəd mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Vurğuladı ki, bu istiqamətdə Mərkəz tərəfindən çoxlu sayda müxtəlif təyinatlı metodiki tövsiyələr hazırlanır və onların regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrində təqdimatları təşkil olunur. Mərkəzin əməkdaşları mövcud sifariş və tələbatlarları nəzərə alaraq, yeni metodiki tövsiyələrin hazırlanmasını davam etdirirlər.

Təlim çərçivəsində Nurəddin Babazadə müəllifi olduğu “Mədəniyyət təbliğində Facebook sosial şəbəkəsinin rolu və təhlükəsiz istifadə qaydaları” adlı metodiki tövsiyəsini, həmçinin Aygün Balabəyovanın müəllifi olduğu  “Mədəniyyət müəssisələri üçün təqdimatların hazırlanmasının müasir üsul və metodları”, “Muzey işinin modernləşdirilməsi: əsas istiqamətlər”, “Məhdud fiziki imkanlı şəxslərin sosial-mədəni həyata adaptasiyasında muzey və muzey tipli müəssisələrin rolu” adlı metodiki tövsiyələri  təqdim edib.

Əməkdaşı Pərvanə Hüseynova müəllifi olduğu “Heydər Əliyev mərkəzlərində ulu öndər məfkurəsinin və azərbaycançılıq ideologiyasının təbliği yolları”, “Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkili üzrə ilkin biliklər”, “Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkili” və “Mədəniyyət müəssisələrində onlayn treninqlərin təşkili metodikası”  adlı metodiki tövsiyələri təqdim edib.

Qeyd edək ki,  bu günə kimi Mərkəz tərəfindən əsas istiqamətləri və strateji hədəfləri özündə əks etdirən 80-ə yaxın müxtəlif metodiki tövsiyə hazırlanmışdır. Tövsiyələr muzey, teatr, rəsm qalereyaları, mədəniyyət və bədii təhsil müəssisələri, klub fəaliyyəti, internet, sosial şəbəkələr, İKT və yeni texnologiyalar, KİV və ictimaiyyətlə işin təşkili, milli folklor nümunələri, milli-mədəni irs, tətbiqi sənət,  xalq sənətkarlığı, gənclərin  milli və vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə, musiqi-incəsənət məktəbləri üçün dərslikləri əhatə edir. Onlarla Mərkəzinin rəsmi saytında (memm.az) tanış olmaq olar.

Təlimin sonunda mədəniyyət müəssisələrdə çalışan metodistlər ilə geniş fikir mübadiləsi aparılıb. Fəal iştirakçıları sertifikatla təltif olunub.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib