Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2760

Gənc mədəniyyət işçiləri öz gücünü idmanda sınadılar

Sentyabrın 25-də Qusar rayonunun Olimpiya Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş gənc mədəniyyət işçiləri arasında mini futbol üzrə II Ümumrespublika MEMM kuboku keçirilmişdir.

Yarışın keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, müxtəlif mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət işçilərinin fəaliyyətinin stimullaşdırılması, mədəniyyət və idman sintezi çərçivəsində yoldaşlıq əlaqələrinin formalaşmasıdır.

Turnirə Azərbaycan Respublikası mədəniyyət naziri cənab Əbülfəs Qarayev və Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev baş çəkmişlər. Matç çərçivəsində nazir Ə.Qarayev gənc mədəniyyət işçiləri ilə qeyri formal görüş keçirmişdir. Görüş zamanı nazir gənclərin İdeya fondunun yaradılmasına görə elektron portal təşkil edilməsi üçün tapşırıq vermişdir. Sonra fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, qeyri-maddi mədəni isrimizin təbliğ edilməsi məqsədilə bu dəfə müxtəlif rayonları təmsil edən 8 regional komandalar “Novruz” (Xaçmaz) , “Muğam” (Ağdaş, Sabirabad), “Aşıq” (Ağcabədi, Şəki, Lənkaran), “Misgərlik” (Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz), “Kamança” (Kürdəmir, Biləsuvar),  “Çovqan” (Gəncə, İsmayıllı), “Xalça” (Şəmkir, Ağstafa), “Tar” (Bərdə, Sumqayıt) adları ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil olan milli-mədəni irs nümünələrini əks etdirilir.

Turniri Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar üzrə nümayəndəsi Davud İbrahimxəlilov və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev açaraq oyunçulara uğurlar, iştirakçılara isə xoş təəssurat diləmişlər.

 

2

Oyunları AFFA-nın Milli dərəcəli Baş hakim Elxan Müslümov və köməkçi hakim Ağahüseyn Əzizov idarə etmişlər.

Püşkatma nəticəsində oynayan “Tar” və “Novruz” komandalarının matçı 1-3 hesabı, “Muğam”- “Misgərlik” 3-1, “Aşıq”-“Çovqan” 2-2, penalti seriyasından sonra 6-5, “Kamança”-“Xalça” 4-1  hesabları ilə bitmişdir.

Turnirin 3-cü yerini «Novruz”, 2-ci yerini isə “Kamanca” komandaları tutmuşdur. Kubokun qalibi “Aşıq” komandası olmuşdur.

Xatırladaq ki, I mini-futbol yarışı 2016-cı ilin sentyabrın 16-da Şamaxı şəhərində keçirilmişdir.  42-dən çox rayonu təmsil edən gənc mədəniyyət işçiləri 8 regional komandalar üzrə özlərini sınamışlar. Turnir davam edir.

Nəticədə, “Sabir” (Şəki şəhər və İsmayıllı regional mədəniyyət və turizm idarələri) və “Xətai” (Masallı və Lənkəran regional mədəniyyət və turizm idarələri) komandalar arasında keçirilən final oyununda “Sabir” komandası 4-1 hesabla “MEMM Kubok”unun qalibi olmuşdur.

 

 

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb