Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3911

Gənc Tamaşaçılar Teatrının Novruz repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Novruz bayramı şənliklərinə hazırlaşır. Hər il olduğu kimi, bu il də Novruz bayramı və məktəblilərin yaz tətili günlərində teatr uşaqları maraqlı və mövzu baxımından rəngarəng tamaşalarla  sevindirəcək. Bir neçə gündən sonra ölkəmizə yeniliklər fəsli olan Bahar gələcək. Baharın ilk günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının məktəbli dostlarına təqdim edəcəyi maraqlı səhnə əsərləri balaca tamaşaçılarımıza əsl bayram əhval ruhiyyəsi bəxş edəcək.

Bayram günləri ərəfəsində teatrda iki premyera, martın 16-da və 17-də saat 12:00, 14:00 və 16:00-da H.X.Andersenin “Qar kraliçası” və martın 18 və 19-da  eyni saatlarda E.Uspenskinin “Çeburaşka” əsərləri əsasında hazırlanan tamaşaların ilk təqdimatı reallaşacaq. Daha sonrakı günlərdə isə məktəblilər teatrın repertuarında olan sevilən səhnə əsərlərinə baxmaq imkanı qazanacaqlar. 21-25 mart tarixlərində saat 12:00, 14:00 və 16:00 olmaqla gündə üç seans olmaqla Ş.Perro “Çəkməli pişik”, Xalq nağılı “Qoğalın sərgüzəştləri”, A.Şaiq “Danışan gəlincik”, C.Rodari “Çippolino”, ərəb xalq nağılı “Əlibaba və qırx quldur” tamaşalarını izləyə biləcəklər.

Tamaşalardan əvvəl Novruz bayramının məşhur personajları Keçəl və Kosa səhnəyə çıxaraq uşaqları təbrik edəcək, Novruz haqqında şeirlər, mahnılarla salamlayacaqlar. Daha sonra isə tamaşalar nümayiş olunacaq. Bayramı maraqlı keçirmək istəyən hər kəsi Dövlət Gənc Tamaşaçılar Teatrına və bayram tamaşalarımıza dəvət edirik.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi