Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
9873

Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin olunub

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə tanınmış opera müğənnisi,  Xalq artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib.

İyunun 22-də şəhərdəki Məhsəti Gəncəvi Mərkəzində direktorun kollektivə təqdim edilməsi ilə bağlı tədbir keçirildi.

Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Gəncədə mədəniyyət ocaqlarının tikintisi və müasirləşməsi prosesinin uğurla davam etdiyini dedi. Bildirdi ki, bu sırada Gəncə Dövlət Filarmoniyası xüsusi yer tutur. Dövlətimizin başçısı 2012-ci il yanvarın 21-də Gəncədə olarkən filarmoniyanın yeni binasının təməlini qoyub. Hazırda bu obyektdə işlərin əsas hissəsi görülüb. Məlumat verildi ki, bir hektardan çox ərazidə tikilən altımərtəbəli binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, iki kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılır. Binada restoran və kafelər, yeraltı qaraj da olacaq.

Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev dövlətin hər zaman mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğı ilə yanaşdığını dedi. Bildirdi ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycan xalqının mədəni irsi, musiqisi dünyada layiqincə təbliğ olunur. Bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələrimiz UNESCO-nun siyahılarına daxil edilib.

Nazir həmçinin Gəncə şəhərinin mədəni həyatından danışdı. Bildirdi ki, Gəncə  tarixən Azərbaycanın, eləcə də Şərqin böyük mədəniyyət mərkəzi olub: "Gəncə Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə böyük şəxsiyyətlər bəxş edib. Bu ənənə davam etməlidir. Bu işdə uzun illər fəaliyyət göstərən, özünün ənənələri formalaşan Gəncə Dövlət Filarmoniyası da layiqincə fəaliyyət göstərməlidir. İndi filarmoniya üçün yeni, müasir bina inşa edilir. İnanıram ki, dövlətin göstərdiyi diqqət və qayğıya Gəncə Dövlət Filarmoniyası da öz yüksək mədəni xidmətləri ilə cavab verəcək".

Əbülfəs Qarayev Gəncə Dövlət Filarmoniyasının gələcək fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini verərək, kollektivə fəaliyyətində uğurlar arzu etdi.

Sonda Samir Cəfərov çıxış edərək ona göstərilən böyük etimada görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, bundan sonrakı fəaliyyətini Gəncə Dövlət Filarmoniyasının işinin günün müasir tələbləri səviyyəsində qurulmasına həsr edəcək.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb