Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2208

Gəncədə kitabsevərlər və gənc yazıçılar ilə görüş təşkil olunmuşdur

İyunun 16-da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Gəncə şəhərində kitabsevərlər və gənc yazıçılarla “Sözün gücü” mövzusunda  görüş təşkil etmişdir.

Metodiki Mərkəzin 2017-ci ilin iş planına əsasən keçirilmiş tədbir müasir informasiya bolluğu dövründə gənclərin kitaba, mütaliəyə marağının artırılması, habelə kitabxanalara oxucuların cəlb edilməsi məqsədi ilə Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində baş tutmuşdur.

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Bəxtiyar Muradovun, Yazıçılar Birliyinin üzvü, tərcüməçi-şairə Nailə Bənnayevanın, Yazıçılar Birliyinin üzvü, “Ulduz” jurnalının şöbə redaktoru, yazıçı Vüsal Nurunun, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyevin, əməkdaşlar İradə Əlili, Nürəddin Babazadə və Pərvanə Hüseynovanın iştirakı ilə təşkil olunmuş tədbirdə həmin idarəyə tabe olan regional mədəniyyət və turizm mərkəzlərində çalışan gənc mədəniyyət işçiləri də iştirak etmişlər. Bundan əlavə tədbirə Gəncə şəhərinin ziyalıları, şair və yazıçıları  rəng qatmışlar.

Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova gənc yazıçı və şairlər arasında debatların təşkil olunmasından danışaraq belə tədbirlərin əhəmiyyətini vurğulamışdır.

A.Usubəliyev qeyd etmişdir ki, müxtəlif tendensiyaların nəticəsində kitabxanalar real və potensial oxucularını itirmiş, bəzi kitabxanalar bağlanmışdır.  Amma son vaxtlar bu sahəyə əhəmiyyətli dönüş hiss olunur, kitabxana işinin müasirləşdirilməsi prosesi ardıcıl  şəkildə həyata keçirilir. Regionlarda kitabxanaların yeni və müasir binalara köçürülməsi gedən proseslərin bariz nümunəsidir.

Sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi ilə əlaqədar son zamanlar gəclərin kitaba marağı azalmışdır. Lakin, buna   baxmayaraq kitab oxumaq, ümumiyyətlə mütaliə etmək hər zaman aktuallığını qoruyub saxlamalıdır. Bunun üçün də tədbirdə gənc nəslin, xüsusilə region gənclərinin kitaba marağının artırılması baxımından müxtəlif aksiyalar təşkil edilməsinin vacibliyi bir daha vurğulanmışdır.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib