Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2275

Gəncədə Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin qaliblərinin konserti əsl mədəniyyət bayramına çevrilib

Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün anadan olmasının 120 illik yubileyi münasibətilə Gəncədə keçirilmiş təntənəli konsert proqramı şəhərin ictimai həyatı üçün əsl mədəniyyət bayramına çevrilib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Bülbül Fondunun prezidenti, Azərbaycanın Rusiyadakı səfiri, Xalq Artisti, professor Polad Bülbüloğlu, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, respublikanın tanınmış mədəniyyət, incəsənət xadimləri və musiqisevərlər iştirak ediblər.

Konsert dirijor Murtuza Bülbülün bədii rəhbərliyi ilə Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürasının səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycan peşəkar vokal sənətinin banisi, pedaqoq və musiqişünas-alim, ictimai xadim, SSR Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 120 illiyinə həsr edilən Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin qalibləri Mahir Tağızadə, Elnarə Məmmədova, Umid İsrailov (Özbəkistan), Minə Kurtoğlu (Türkiyə), Beynəlxalq münsiflər heyətinin sədri Sergey Leyferkus, Anastasiya Barun (Rusiya), Teymuraz Ququşvili (Gürcüstan), həmçinin Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış ediblər.

Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin diplomant və qaliblərinin çıxışından sonra konsert proqramı Azərbaycanın tanınmış musiqiçilərinin, xanəndə və vokalçılarının ifası ilə davam edib.

Konsertdə Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimovun (nağara) müşayiəti ilə Əməkdar artistlər Təyyar Bayramov, Səbuhi İbayev və Arzu Əliyeva “Qarabağ şikəstəsi”ni ifa ediblər.

Azərbaycanın məşhur vokal ifaçıları Xalq Artisti Azər Zeynalov (tenor) və Əməkdar Artist Anar Şuşalı bəstəkar və xalq mahnılarını ifa ediblər. Vokalçılar Xalq Artisti Siyavuş Kərimi tərəfindən müşayiət olunub.

Xalq Artisti, özünəməxsus ecazkar səsi olan Polad Bülbüloğlunun səhnəsindəki ifası musiqisevərlər tərəfindən sürəkli alqışlarla qarşılanıb. Hər bir ifası böyük alqışlarla qarşılanan Polad Bülbüloğlu səhnədən enərək mahnılarını tamaşaçılarla birlikdə ifa edib.

Konsertdən sonra tədbirdə çıxış edən Polad Bülbüloğlu atası Bülbülün yaradıcılığına və xatirəsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O qeyd edib ki, 1897-ci ildə Azərbaycanın musiqi beşiyi sayılan Şuşada anadan olan Bülbül (əsl adı Murtuza Məmmədov) 1909-cu ildə ailəsi ilə Gəncəyə köçüb. Bülbül tezliklə bu şəhərdə gənc xanəndə kimi geniş şöhrət qazanıb. Fitri istedadı ilə onu dinləyənləri valeh edən Bülbül gənc yaşlarında şöhrətin zirvəsinə yüksəlib, sonrakı illərdə bənzərsiz ifası ilə Azərbaycan vokal sənətinin əsasını qoyub. Onun müxtəlif illərdə ifa etdiyi xalq və bəstəkar mahnıları, təsniflər, Azərbaycan bəstəkarlarının operalarında yaratdığı rollar, xüsusən dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasında canlandırdığı baş qəhrəmanın obrazı Bülbülə əbədi şöhrət qazandırıb. Pedaqoq və musiqişünas-alim, ictimai xadim kimi də geniş fəaliyyət göstərən Bülbül SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı, 2 dəfə “Lenin”, 2 dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı”, həmçinin İtaliyanın “Haribaldi” ordenləri və s. medallarla təltif olunub.

Görkəmli sənətkarın yaradıcılığına hələ sağlığında ikən böyük diqqət göstərildiyini deyən Polad Bülbüloğlu vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra atasının mədəni irsi, xüsusən doğma xalqı qarşısındakı xidmətləri ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Bu gün respublikamızda Bülbülün adını daşıyan çoxlu sayda musiqi məktəblərinin, küçə və parkların olduğunu deyən Polad Bülbüloğlu qeyd edib ki, Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin Prezident İlham Əliyevin tapşırığına əsasən daha yüksək səviyyədə keçirilməsi Bülbülün xatirəsinə göstərilən yüksək diqqət və qayğının nümunəsidir.

Polad Bülbüloğlu Gəncədə yüksək səviyyəli konsertlərin və digər mədəni tədbirlərin keçirilməsi üçün ən müasir tələblər səviyyəsində inşa edilən Gəncə Dövlət Filarmoniyasının şəhərin mədəni həyatı üçün əvəzsiz töhfə olduğunu bildirib.

Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsi çərçivəsində Gəncədə təşkil olunan konsertdə çıxış etmək üçün 120-dən çox sənətçinin gəldiyini deyən Polad Bülbüloğlu həm Gəncə Dövlət Filarmoniyasında yaradılan şəraiti, həm də təşkilati işləri yüksək qiymətləndirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin qaliblərinin konsertinin ilk dəfə Nizami yurdunda keçirilməsi münasibətilə bütün mədəniyyətsevərləri təbrik edib və bunu şəhərin mədəni həyatında mühüm hadisə adlandırıb.

Elmar Vəliyev qeyd edib ki, musiqi və ifaçılıq yaradıcılığı ilə Azərbaycan və dünya mədəniyyəti xəzinəsinə böyük töhfələr vermiş Bülbülün zəngin irsi, respublikamızın hər yerində olduğu kimi, Gəncədə də əziz tutulur və bu diqqət bundan sonra da davam edəcək.

Beləliklə, Gəncənin mədəni həyatı üçün böyük hadisəyə çevrilən möhtəşəm konsert proqramı musiqisevərlər üçün unudulmaz xatirəyə çevrilib.

 

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib