“Gənclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konserti kamera və orqan musiqi zalında təqdim olunacaq
1286
07.01.2019
07.01.2019 03:37
“Gəclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konsert proqramı M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası nəzdində olan kamera və orqan musiqi zalında reallaşacaq.
Yanvarın 23-də təqdim olunacaq konsert “Qış kaleydoskopu” adı altında təşkil olunacaq. Konsertdə respublikanın gənc ifaçıları Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına müraciət edəcəklər.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində ötən il 20-dən artıq konsert proqramı təqdim edilib.