Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
779

“Gəncləşən muğam” layihəsinin növbəti konserti Xalq artisti Əlibaba Məmmədova həsr olunub

Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib.

Layihənin budəfəki konserti Xalq artisti, “Şöhrət” ordenli görkəmli xanəndə Əlibaba Məmmədovun 90 illiyinə həsr olunub.

Konsertdən əvvəl Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova ustad xanəndə haqqında deyib: “Əlibaba Məmmədovda ustada layiq olan bütün keyfiyyətlər var. O, öz avazı, öz yolu, öz dəstxəti olan sənətkarlardan biridir və özünün bənzərsiz ifa tərzi ilə muğam sənətinə təravət və gözəllik gətirib. Bu gün sənətdə ilk addımlarını atan gənclər ondan çox şey öyrənməlidirlər”.

Layihənin rəhbərlərindən biri Xalq artisti, professor Mənsum İbrahimov deyib: “Layihənin növbəti buraxılışını Əməkdar artistlər xanəndə Təyyar Bayramov, tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovla birlikdə ustad ifaçı Əlibaba Məmmədova həsr etməyi qərar aldıq və onun keçdiyi sənət yolu, muğama olan sevgisi hər birimiz üçün örnəkdir”.

Qeyd olunub ki, “Gəncləşən muğam”ın əhatə dairəsi ildən-ilə genişlənir. 2005-ci ildən həyata keçirilməyə başlayan layihə çərçivəsində təşkil olunan ötən altı konsert onlarla istedadlı ifaçının tanınmasına təkan verib. Başlıca məqsəd gənc istedadlara dəstək olmaq, böyük səhnədə ilk addımlarını atmaqda, daha da tanınmaqda onlara yardım göstərməkdir.

Sonra ustad xanəndənin bəstələdiyi “Min yaşasın”, “Söylə”, “Mənim alagöz yarım”, “Gəl bizə yar”, “Şadlanasan, güləsən”, “Səni gözlə” və ”Ürəyim” mahnıları Nurlan Namazov, Gülzar Fərəcova, Ramiq Bayramov , Sədəf Budaqova, Orxan Hüseynli, Mehranə Məmmədli, Elgiz Əliyev, Almaxanım Əhmədli, Xətai Hacıyev, Günay İmamverdiyeva və digər gənc xanəndələrin ifasında səslənib.

Konsertin yekununda layihənin bütün iştirakçıları Əlibaba Məmmədovun müəllifi olduğu “Ürək deyir yaşa hələ” mahnısını birgə ifa ediblər.

XƏBƏRLƏR

03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir
24.06.2020 17:03
Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib
24.06.2020 11:16
Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir
23.06.2020 12:32
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn sərgisi açılıb
23.06.2020 10:11
“Birgə mütaliə” adlı layihə davam edir
22.06.2020 11:02
INTERACT layihəsi çərçivəsində Andrey Zvyaqintsevlə onlayn ustad dərsi baş tutub
22.06.2020 10:43
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov beynəlxalq onlayn konfransda iştirak edəcək
22.06.2020 10:35
Bədii təhsilin perspektivliyi müzakirə edilib