“Gəncliyin səsi” festivalı çərçivəsində ASAN Könüllülərin təqdimatında İmişlidə “Olmadı elə, oldu belə” tamaşası nümayiş etdirildi
2052
05.02.2019
05.02.2019 02:36
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı
ilə keçirilən “Gəncliyin səsi” festivalı çərçivəsində tədbirlər davam edir.Belə ki, Gənclər Günü münasibətilə təşkil olunan “Gəncliyin səsi” festivalı çərçivəsində İmişli “Asan həyat” kompleksində ASAN Könüllülərin təqdimatında Şıxəli Qurbanovun “Olmadı elə, oldu belə” tamaşası nümayiş etdirilib.
Tamaşa iştirakçıların marağına səbəb olub və alqışlarla qarşılanıb.