Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1988

Görkəmli opera müğənnisi Firəngiz Əhmədovanın 90 illiyi qeyd olundu

Sentyabrın 24-də Bakı Musiqi Akademiyasının Opera studiyasında Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illik yubiley gecəsi keçirildi.

Mərasim Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunmuşdu.

Tədbirdə çıxış edən Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov əsası 1995-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 18 sentyabr - milli musiqi gününün əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan mədəniyyətinin bayramına çevrilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ölkəmizin və dünyanın məşhur musiqiçilərini bir araya gətirir.

Qeyd olundu ki, ölkə rəhbərliyi, digər sahələrlə yanaşı, musiqi mədəniyyətimizin də inkişafını diqqətdə saxlayır, təbliğinə qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən irimiqyaslı layihələr mədəni irsimizin təbliğinə xidmət edir. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ənənəvi keçirilən Üzeyir festivalı çərçivəsində görkəmli opera müğənnisi Firəngiz Əhmədovanın 90 illiyinin qeyd olunması təqdirəlayiqdir.

Vurğulandı ki, tanınmış səhnə xadimi ölkəmizin vokal sənəti tarixində silinməz izlər qoyub. Opera səhnəmizdə Azərbaycan və dünya klassiklərinin şah əsərlərində aparıcı partiyaların mahir ifaçısı kimi şöhrət tapan Firəngiz Əhmədova musiqi salnaməmizə parlaq səhifələr yazıb. Bu gün BMA-da təhsil alan tələbələr mərhum sənətkarın irsindən geniş şəkildə faydalanırlar.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxışında Firəngiz Əhmədovanın yaradıcılıq yolundan danışdı. Qeyd etdi ki, opera sənətində yüksək uğurlar əldə edən görkəmli sənətkar həmçinin müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı kimi də tanınıb. Onun Azərbaycan Radiosu xorunun solistliyindən görkəmli opera müğənnisi səviyyəsinə qədər keçdiyi böyük yaradıcılıq yolu sənətə sonsuz sədaqət, vətənə və xalqa fədakar xidmət məktəbi olub. 

Çıxışlardan sonra Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik orkestrinin müşayiəti ilə (orkestrin bədii rəhbəri və baş dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim edildi. Çıxışlar alqışlarla qarşılandı.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi