16.06.2017 10:52
2017-ci ilin sentyabr ayında Yaponiyanın Tokio şəhərində keçiriləcək “JATA” beynəlxalq turizm sərgisi çərçivəsində ölkəmizin GUAM təşkilatına üzv ölkələrlə birgə iştirakı nəzərdə tutulmuşdur.
Bununla əlaqədar 15 – 16 iyun tarixində Ukraynanın Kiyev şəhərində adıçəkilən təşkilat mədəniyyət və turizm üzrə işçi qrupunun növbəti iclasını keçirməkdədir.
Qeyd edilən tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva və Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev təmsil edir.
İclasda “JATA 2017” beynəlxalq turizm sərgisinə hazırlıq, həmçinin 2017 – 2020 illər üzrə GUAM – Yaponiya çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.