Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1523

Günay Əfəndiyeva: Türk dünyası miraslarının bəziləri işğal edilmiş Dağlıq Qarabağda olduğu kimi təhlükə altındadır

Sadəcə keçmiş hadisələrdən ibrət götürərək, gələcək nəsillər üçün daha yaxşı bir gələcək qura bilərik. Bunun ən parlaq müasir örnəklərindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Bakı Prosesi”nin bir hissəsi kimi Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Bu Forum çərçivəsində keçirilən “Türkdilli ölkələr arasında dialoqun qurulmasında böyük İpək Yolunun rolu” dəyirmi masada türkdilli xalqlarının mədəniyyətinin inkişafı, onun dünya mədəniyyətinə töhfələri müzakirə olundu. Böyük İpək Yolu boyunca çox sayda türk dünyası miraslarını müşahidə edə bilərik. Təəssüf ki, bu mirasların bəziləri işğal edilmiş Dağlıq Qarabağda olduğu kimi təhlükə altındadır. İnanıram ki, səylərimiz türk dünyasının vacib miraslarının qorunması üçün birləşdirilməlidir.

Bu fikri Parisdə UNESCO-nun mənzil qərargahında keçirilən “Böyük Çöl: onun mədəni mirası və dünya tarixində rolu” Forumunun açılış mərasimində çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva söyləyib.

Bildirib ki, türk xalqları Avrasiya qitəsinin formalaşmasında mühüm rol oynayıblar. Qədim Böyük İpək Yolunun fəaliyyət göstərməsi üçün tolerantlıq, sülh və anlaşma şəraitinin yaradılmasının vacibliyini vurğulamaq daim maraqlıdır. Türk xalqlarının tarixində müxtəlif mədəniyyətlərə və inanclara qarşı böyük tolerantlığı müşahidə olunur. Tarix boyunca türk xalqları eyni vaxtda və ya ardıcıl olaraq xristianlıq, yəhudilik, buddizm və İslam kimi universal dünya dinlərini praktikada tətbiq etmişlər. "Məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyən İmadəddin Nəsimi o dövrün bəzi insanlarının nə dərəcədə fəlsəfi düşüncəyə malik olmasının göstəricisidir.

Forumun təşkilinə görə Beynəlxalq türk Akademiyasına, UNESCO-ya təşəkkürünü bildirən G.Əfəndiyeva bildirib ki, Forum ümumi məqsədlərə nail olmaq istiqamətində görülən işlərə dair fikirlərin toplanmasına, mübadiləsinə və gələcəkdə atılacaq ümumi addımların planlaşdırılmasına imkan verir. “Mədəni, tarixi irsimizin, türk dünyası mədəniyyətinin təbliğ edilməsində və yayılmasında həqiqətən çox çətinliklərimiz var. Araşdırmalar apardıqca onun zənginliyi hamını təəccübləndirir. İnanıram ki, hər birimiz öz səviyyəsində və sahəsində onun mümkün qədər çox yayılmasına və tanıdılmasına töhfə verəcəyik”, - deyə G.Əfəndiyeva diqqətə çatdırıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti qeyd edib ki, Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevin irəli sürdüyü "Böyük Çöl" konsepsiyasının coğrafi cəhətdən, eləcə də mədəniyyət baxımından geniş sahəni əhatə edir. Konsepsiya ümumi fikirləri qoruyan və yaymaqda kömək edə biləcək bir yanaşma irəli sürür. Forumun mövzusunun ümumi türk tarixinin və onu dünyaya təqdim etmək yollarının əsas mərhələlərini göstərir. Bütün türkdilli xalqların eyni əcdadı və mədəni mirası paylaşdığını unutmamalıyıq. “Kitabi-Dədə Qorqud”, “Manas”, Yusif Hacib Balasaqunlunun “Qutadqu-bilik” eposlarından müasir dövrlərə qədər tariximizdə bir çox epizodlar birliyimizi əks etdirir.

“Düşünürəm ki, belə işlərimizlə birlikdə tariximizin daha yaxşı dəyərləndirilməsinə, eləcə də dünyada tanıdılmasına nail ola bilərik. Türk dünyasının görkəmli Xalq artisti Aşıq Veysəlin dediyi kimi “Biz uzun və incə yoldayıq”. İnanıram ki, bu Forum məqsədlərimizə çatmağa töhfələr verəcək və uğurlu olacaqdır”,- deyə G.Əfəndiyeva bildirib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi