Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1952

Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi

3 dekabr 2018-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Dövlət Xalq Çalğı Alətləri orkestrinın Xalq artisti, tanınmış bəstəkar Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuş konsert keçirildi. Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solistləri iştirak etdilər. Çıxış üçün ön söz Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi, sənətşünaslıq üzrə elmlər doktoru, Professor Cəmilə Həsənovaya verildi. Cəmilə Həsənova çıxışında Hacı Xanməmmədovun çoxşaxəli fəaliyyətindən, tarixi əhəmiyyətindən, tar ifaçılığında etdiyi yeniliklərdən söz açdı.

Konsertin bədii hissəsi bəstəkarın konsert janrında yazdığı əsərlər və mahnılarından ibarət idi. Belə ki, Tar və orkesrt üçün 2 və 3 saylı konsertləri, kamança və orkestr üçün konserti gənc istedadların ifasında uğurla səsləndi. Bundan başqa dillər əzbəri olan “Qurban olduğum”, “Yaşa könül”, Yenə o bağ olaydı” (söz, M.Müşviq), “Niyə döndü”, “Güllü”, “Getmə amandır” (söz, Aşıq Ələsgər), “Aldatmayaq bir birimizi” (söz, Z.Ağayev) və başqa mahnıları zalda əyləşən tamaşaçıların arasıkəsilməz alqışları ilə müşayiət olundu. Nağaraçılardan ibatər “Qala ritm qrupu” ansamblı da konsertin maraqlı nömrələrindən biri idi.

Gecədə Uşaq-gənclər xalq çalğı alətləri orkesrtinin üzvləri Səma Vüqarlı, Ədilə Əliyeva, Kənan Hüseynov, Həzrət Əzizli, Respublika müsabiqələri laureatı Müjgan Zülfüzadə, Rəvan Mustafazadə, İsmayıl Əsədli, Yusif Əmiraslanov, Sənan Hacılı, Beynəlxalq və Respublika müsabiqələri laureatı Hüseyn Nağıyev, Əli Rüstəmbəyli, Fizzə Vəlizadə, Atlas Mehdiyeva, Beynəlxalq və Respublika müsabiqələri laureatı, Prezident təqaüdçüsü Lalə İbrahimova, Mirəli Əlizadə çıxış etdi.

Bununla da “Gənclərə dəstək” layihəsi çərçivəsində Xalq artisti, tanınmış bəstəkar Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi başa çatdı.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib