19.02.2018 04:08
20 fevral 2018-ci il, saat 14:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Beynəlxalq Ana Dili Günü münasibətilə “Hər millətin ən qiymətli, sərvətidir ana dili!” adlı tədbir keçirəcək. Tədbirdə, Akademik, dilçi alim, əməkdar elm xadimi Nizami Cəfərovun ADPU və BDU- nun filalogiya və kitabxanaçılıq informasiya fakültəsinin tələbələri ilə görüşünün keçirilməsi nəzərdə tutulub. Bundan başqa tədbirdə, ədəbiyyat üzrə mütəxəssislərin, pedaqoqların və.s qonaqların da, iştirakı nəzərdə tutulub. Tədbirin keçirilməsində əsas məqsəd, ana dilimizi qorumaq və yaşatmaqdır. Tədbirdə, həmçinin ana dilimizə həsr edilmiş şeirlər və musiqilər də ifa olunacaq.