Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1248

Heydər Əliyev Sarayında V Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasimi olub

Martın 7-də Heydər Əliyev Sarayında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının açılışı münasibətilə geniş konsert proqramı təqdim edilib.

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən festivala 15-dən çox ölkə qatılıb.

Konsertdən əvvəl jurnalistlərə müsahibə verən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi festivalın əhəmiyyətindən danışıb. Azərbaycan muğamının tarixi keçmişindən və müasir inkişaf səviyyəsindən söz açan rektor bu irsin qorunması və təbliğində festivalın müstəsna rol oynadığını söyləyib. Bildirib ki, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin növbəti uğurlu hadisəsidir. Müxtəlif ölkələrdən gəlmiş muğam ustalarının çıxışları muğamın nə qədər böyük, zəngin və müxtəlif xalqların ənənələrini birləşdirən bir incəsənət növü olduğunu bir daha sübut etdi.

Siyavuş Kərimi bu gün Azərbaycan mədəniyyətinin böyük inkişaf yolunu keçdiyini vurğulayaraq bildirib ki, Prezident İlham Əliyev tərəfindən mədəniyyət və incəsənətlə bağlı imzalanan rəsmi sənədlər bu sahənin inkişafına böyük təkan verməkdədir.

Xalq Artisti muğam sənətinin dərin köklərdən, tarixi sınaqlardan uğurla keçərək müasir dövrdə tamamilə yeni bir səviyyəyə qalxmasından danışıb. Bunun Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın danılmaz əməyinin nəticəsində mümkün olduğunu xüsusilə qeyd edib: “Milli-mədəni irsimizin bir sıra qiymətli nümunələrinin, o cümlədən Azərbaycan muğamının, aşıq, xalçaçılıq, tar ifaçılığı, kəlağayı sənətinin və Novruz bayramının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bizim mədəni irsimizə, onun qorunmasına dünya miqyasında göstərilən diqqət və qayğının təzahürüdür”.

O deyib ki, Azərbaycan Milli Konservatoriyasında martın 10-13-də beynəlxalq muğam müsabiqəsi təşkil olunacaq. Müsabiqə iştirakçılarını Azərbaycan, Polşa, Türkiyə, İran və Tacikistandan olan tanınmış musiqi mədəniyyətinin görkəmli nümayəndələri qiymətləndirəcəklər.

Müsabiqə instrumental və vokal bölmələri üzrə aparılacaq. Konservatoriyada, həmçinin musiqi gecələrinin keçirilməsi də nəzərdə tutulub. Konsertlərdə “Qarabağ” muğam qrupu və “Qaytağı” instrumental ansamblı görkəmli sənətçi və tanınmış musiqiçilər - Mənsum İbrahimov, Ənvər Sadıqov, Elçin Həşimov, Elnur Əhmədov, Təyyar Bayramov, Aytən Məhərrəmova, Kamran Kərimov, İdris Hüseynov və Kamran Novruzov ilə birgə çıxış edəcəklər.

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertlərdə “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-şiraz”, “Şüştər” və “Hümayun” muğamları istedadlı ifaçılar - Elnur Zeynalov, Qoçaq Əsgərov, Arzu Əliyeva, Babək Niftəliyev, Nisbət Sədrayeva, Məmməd Nəcəfov, Abgül Mirzəliyev və başqaları tərəfindən tamaşaçılara təqdim olunacaq.

Festival günlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik, Dövlət Xalq Çalğı Alətləri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin, eləcə də Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, “Cəngi” etno-caz qrupunun çıxışları da nəzərdə tutulub.

Festival günlərində qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operası, Qara Qarayevin “Yeddi gözəl” baleti, Müslüm Maqomayevin “Şah İsmayıl” operası, Dövlət Musiqili Teatrında “O olmasın, bu olsun” musiqili komediyası, Marionet Teatrında Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında “Leyli və Məcnun” marionet tamaşası təqdim olunacaq.

Xalq Artisti Siyavuş Kərimi qeyd edib ki, festival çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər təşkil olunacaq.

“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının ilk günü tamaşaçılara tanınmış kollektivlər - Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu (baletmeyster Cəmilə Bayramova) və Bakı Xoreoqrafiya Akademiyasının balet truppasının (dirijor Fəxrəddin Kərimov) ifasında geniş və rəngarəng konsert proqramı təqdim olunub.

XƏBƏRLƏR

20.06.2018 15:18
Səyyar yay seminar-treninqlərin keçirilməsinə qərar verildi
20.06.2018 15:00
Milli Kitabxanada “Böyük Birlik. I Dünya Müharibəsindəki Qələbədən Böyük Rumıniya Hökmdarlarının Taclandırılmasına qədər” adlı foto sərgi keçirilmişdir
20.06.2018 14:28
Əməkdar incəsənət xadimi Leyla Axundzadənin xatirəsinə həsr olunmuş anım gecəsi keçiriləcək
20.06.2018 10:25
Azərbaycan Respublikasının mədəniyyət naziri Qəbələ şəhərində vətəndaşları qəbul edəcək
19.06.2018 16:41
Tacikistanla mədəni əməkdaşlığın geniş perspektivləri var
19.06.2018 16:33
“Əlcəzair nümayəndə heyətinin Azərbaycana ilk səfəri əlamətdar tarixi hadisələrlə üst-üstə düşür”
19.06.2018 14:52
Əbülfəs Qarayev Özbəkistanın mədəniyyət naziri ilə görüşdü
19.06.2018 14:06
Nazir Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşdü
19.06.2018 12:01
20 iyun Naxçıvanda keçiriləcək “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbirində iştirak edəcək xarici qonaqlar artıq Bakıdadır
14.06.2018 16:36
Siyəzən Rayon Heydər Əliyev Mərkəzində "15 İyun Milli Qurtuluş Günü" nə həsr edilmiş sərgi təşkil edilmişdir
14.06.2018 16:29
Nazir Əbülfəs Qarayev Ramazan bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
14.06.2018 16:13
Lənkəran Dövlət Dram Teatrının truppası Yardımlıda qastrol səfərində olub
14.06.2018 15:48
Milli Kitabxanada “15 iyun - Milli Qurtuluş günüdür” adlı sərgi keçirilmişdir
14.06.2018 15:00
Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda uğurla iştirak edib
14.06.2018 14:12
Nazir Əbülfəs Qarayev Qazaxıstan nümayəndə heyəti ilə görüşdü
14.06.2018 12:32
Hacıağa Abbasovun 130 illik yubiley tədbiri keçirilib
14.06.2018 11:49
Musiqili Teatrda həftəsonu maraqlı tamaşalar oynanılacaq
13.06.2018 17:36
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib, şəhərin kitabxanalarına Azərbaycana dair kitablar hədiyyə olunu
13.06.2018 17:18
Uşaq musiqi və incəsənət məktəblərini yüksək nailiyyətlərlə bitirən məzunlara şəhadətnamələr təqdim olundu
13.06.2018 11:13
“Gözəlliyi və mədəni irsi qovuşdur” adlı rəsm müsabiqəsinin yekun sərgisi
12.06.2018 16:28
Özbəkistanın Səmərqənd şəhərində “Azərbycan Mədəniyyət Həftəsi”nin açılışı olub
12.06.2018 16:27
Muzeylərin əməkdaşları üçün təcrübə kursları keçirilmişdir
12.06.2018 16:26
Musiqili Teatrın dirijoru Beynəlxalq Festivala dəvət alıb
12.06.2018 15:05
“Respublikada folklor kollektivlərinin fəaliyyətinə dair seminar” keçirilmişdir
12.06.2018 13:22
Parisdə “Bakı Prosesi”nin 10 illik yubileyi qeyd edilib
12.06.2018 09:45
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi konsert proqramı ilə qeyd olunub
11.06.2018 18:33
Gənc şair İntiqam Yaşarın yeni işıq üzü görmüş “Evdə yoxam” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib
11.06.2018 18:07
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Milli Qurtuluş,- Müasir Azərbaycanın inkişafının başlandığı tarix” adı altında dəyirmi masa keçirildi
11.06.2018 17:54
Parisdə YUNESCO-nun Mənzil-Qərqahında İCOM-un Baş Assambleyasının 33-cü iclasında Azərbaycan iki nümayəndə ilə təmsil edildi
11.06.2018 17:07
Sumqayıtın Tarixi Muzeyində Milli Qurtuluş gününə həsr olunan “Muzeyin dostları” adlı tədbir keçirilib