Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “İsgəndərin sorağında” sənədli filminin nümayişi olub
16 aprel 2018-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “İsgəndərin sorağında” sənədli filminin nümayişi təşkil olunmuşdur.
Dövlət sifarişi ilə “Yaddaş” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” sənədli filmlər silsiləsindən çəkilən film Milli Qəhrəman İsgəndər Aznaurovun həyatından və Qarabağ döyüşlərində keçdiyi şərəfli döyüş yolundan bəhs edir. Milli Qəhrəmanın ölümünün 25-ci ildönümü münasibəti ilə keçirilən təqdimatda Ali Hərbi Məktəbin zabit, gizir, həmçinin müəllim və kursantları iştirak etmiş və film böyük maraqla qarşılanmışdır.
Qeyd edək ki, bugünədək “Azərbaycanın Milli Qəhrəmanları” sənədli filmlər silsiləsindən “Yaddaş” və “Salnamə” studiyalarında dövlət sifarişi ilə 70-dən artıq film çəkilmiş, həmin filmlərin paytaxtda və ölkənin müxtəlif bölgələrindəki Mədəniyyət mərkəzlərində, hərbi hissə və hərbi məktəblərdə, ali və orta ümumtəhsil məktəblərində nümayişləri təşkil olunmuşdur.