Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2331

Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti keçiriləcək

Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti 26 sentyabr saat 19.00-da Heydər Əliyev Mərkəzində baş tutacaqdır.

Konsertdə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.İ.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı, skripkaçı Pavel Milyukov çıxış edəcəklər.

Tanınmış violonçelist Sergey Roldugin 1951-ci ildə Rusiyada anadan olmuşdur. İlk musiqi təhsilini Riqa şəhərində almışdır. 1975-ci ildə Leninqrad Konservatoriyasını fərqlənmə diplomu ilə bitirmişdir. S.Roldugin Rusiyanın Əməkdar kollektivi Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik Orkestrinin (1974-1984) və Mariinski Teatrının (1984-2003) solisti kimi fəaliyyət göstərmişdir. 2003-2004-cü illərdə Rimski Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır. 2006-cı ildən onun təşəbbüsü ilə yaradılan Sankt-Peterburq Musiqi Evinin prezidentidir. 2011-ci ildə müstəsna xidmətlərini nəzərə alaraq fəxri ordenlə təltif olunmuşdur. Solist qismində Moskva, Novosibirsk, Sankt-Peterburq, Samara Filarmoniyaları, dirijorlar - V.Gergiyev, Y.Temirkanov, A.Yansons, Y.Simonov və başqaları ilə əməkdaşlıq edir.

İstedadlı violin ifaçısı Pavel Milyukov 1984-cü ildə Rusiyada anadan olmuşdur. İlk musiqi təhsilini Moskva Dövlət Konservatoriyası nəzdində Akademik Musiqi Kollecində almışdır. 2012-ci ildə Moskva Dövlət Konservatoriyasını aspirantura pilləsi üzrə bitirmişdir. Hazırda Vyana Konservatoriyasının tələbəsidir. Rusiya, Almaniya, Avstriya, Çin, Yunanıstan, Macarıstan, Fransa, Astana, Koreya və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə birinci yerlərə layiq görülmüşdür. Skripkaçı dünyanın nüfuzlu konsert zallarında çıxış edərək V.Gergiyev, V.Fedoseyev, M.Fedotov, Y.Simonov kimi tanınmış dirijorlarla əməkdaşlıq edir. İki dəfə Sankt-Peterburq Musiqi Evinin təqaüdünə layiq görülmüşdür.

 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi