21.06.2019 11:13
İyulun 2-də Heydər Əliyev Sarayında
“Sazlı-sözlü diyarım mənim” adlı aşıq konserti keçiriləcək.Konsertdə sevilən aşıqlar Altay Məmmədli, Solmaz Kosayeva, Ağamurad İsrafilov, Nargilə Mehdiyeva, Gözəl Kəlbəcərli, Cahangir Quliyev, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Avdı Musayev, Şaiq İncəli, şairələr Pərvanə Zəngəzurlu, Güllü Eldar Tomarlı və Çeşmə folklor qrupu, Ruhani saz qrupu iştirak edəcəklər.
Saat 20:00-da başlayacaq konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə etmək mümkündür.
Əlaqə telefonu: (012) 441-21-31