Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
324

Heydər Əliyev Sarayında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Heydər Əliyev Sarayında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Tədbirdən öncə, XX əsrin ən dəhşətli və qanlı faciələrindən olan Xocalı soyqırımını özündə əks etdirən kitablar və fotostendə baxış keçirilib.

Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu qeyd edib və Xocalıda törədilən qanlı hadisələr, dinc sakinlərin amansızcasına qətlə yetirilməsi, yüzlərlə insanın əsir götürülməsi, şəhərin tamamilə dağıdılması barədə ətraflı məlumat verib.

Fərhad Babayev faciə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun, xüsusilə Fondun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlər göstərdiyini bildirib. Həmçinin, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il dünyanın bir çox dövlətlərində xüsusi layihələrin hazırlandığını və silsilə tədbirlərin keçirildiyini qeyd edib. Keçirilən tədbirlərdə Xocalının ağır tank və digər zirehli hərbi texnikanın gücü ilə yer üzündən silinməsi, körpə, uşaq, qoca, qadına fərq qoymadan insanların amansızlıqla, ağlasığmaz vəhşiliklə qətlə yetirilməsi, əsirlərə görünməmiş işgəncələrlə divan tutulmasını əks etdirən fotosənədlərdən ibarət sərgilərin təşkil edildiyini və ingilis, fransız, alman, rus, macar dillərində bu faciədən bəhs edən bukletlərin təqdim edildiyini bildirib. Bundan əlavə, müxtəlif ölkələrdə tədbirlər, aksiyalar keçirilir, çap olunan kitablar, jurnallar, posterlər və çəkilən sənədli filmlər dünya ictimaiyyətinə təqdim olunur.

Tədbirdə digər çıxış edənlər Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğundan, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışıblar.

Tədbirin sonunda Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub.

XƏBƏRLƏR

06.04.2020 14:04
Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edir
06.04.2020 12:26
Xüsusi karantin dövründə muzeylərin fəaliyyətinə həsr olunan videokonfrans keçirilib
06.04.2020 10:03
Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir
02.04.2020 12:08
Akademik Milli Dram Teatrının onlayn tamaşaları davam edir
02.04.2020 12:06
Azərbaycan Xalça Muzeyi “Çini, şüşə, ağac, kağız” kolleksiyasından iki nadir eksponatı təqdim edir
02.04.2020 11:35
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları
02.04.2020 11:34
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri başlanıb
02.04.2020 11:14
Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir
01.04.2020 11:16
Respublika Gənclər Kitabxanası da onlayn xidmət göstərməyə başlayıb
31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 20:22
Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə Açıq Çağırış edib
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb