Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3764

Mədəniyyət və turizm naziri İranın vitse-prezidenti, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri ilə görüşüb

İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə əlaqədar Tehranda səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 3-də bu ölkənin vitse-prezident, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipur ilə görüşüb.

Nazir diqqətə çatdırıb ki, iki qonşu və dost ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Qarşılıqlı turizm əlaqələri də ildən ilə genişlənir. Bu il təkcə Novruz bayramı günlərində Azərbaycana 65 min iranlı turist səfər edib. İran vətəndaşlarının Azərbaycana rahat gediş-gəlişi məqsədilə Azərbaycan hökuməti tərəfindən mühüm addımlar atılır. 2017-ci ilin əvvəlindən Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə “ASAN Viza” sistemi tətbiq edilməyə başlanıb ki, bu da iranlı turistlərin Azərbaycana səfərlərini asanlaşdırıb. Artıq İranın istənilən şəhərindən Azərbaycana səfər etmək istəyən şəxsin Tehrana gəlib konsulluğa müraciət etməsinə ehtiyacı qalmayıb. Hər bir kəs internet vasitəsi ilə viza almaq imkanına malikdir. Yaxın gələcəkdə Azərbaycanda “ASAN Viza” sistemi təkmilləşdirilərək, viza istəyən şəxsə 3 saat ərzində elektron viza verilməsi təmin olunacaq.

“Turizmin inkişafı dostluğun daha da möhkəmlənməsi üçün ən yaxşı vasitədir” deyən Əbülfəs Qarayev İranın vitse-prezidenti Zəhra Əhmədipuru Azərbaycana rəsmi səfərə dəvət edib.

Vurğulanıb ki, iranlı turistlər Azərbaycanda özlərini çox rahat hiss edirlər. Bunun bir səbəbi də iki ölkənin tarixi yaxınlığının, milli-mədəni ənənələrinin, milli mətbəxinin oxşar olmasıdır.

Əbülfəs Qarayev bildirib ki, İranda və Azərbaycanda fəaliyyət göstərən turist firmalarının birgə müəssisə yaratmaları və qarşılıqlı olaraq turist səfərlərini təşkil etməsi zəruridir. Bu firmalar turistləri qruplara ayıraraq ziyarət, səhiyyə və başqa turizm sahələri səfərlər təşkil edə bilərlər.

Nazir qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunub. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli sərəncamı ilə 2018-ci ildə “İslam mədəniyyəti paytaxtı” tədbirlərinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin ilk iclası 2016-cı il noyabrın 25-də Naxçıvan şəhərində keçirilib və Tədbirlər Planı təsdiq olunub.

Həmçinin o da bildirilib ki, 2018-ci il üçün İranın Təbriz şəhəri İslam dünyasının “Turizm paytaxtı” elan olunub. Bu çərçivədə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin, Azərbaycanda Təbriz şəhərinin, İranda isə Naxçıvanın təqdimat və tanıtım tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

Əbülfəs Qarayev İranın müxtəlif şəhərlərindən Bakıya, Gəncəyə, Naxçıvana təyyarə reyslərinin açılmasında maraqlı olduqlarını da nəzərə çatdırıb. Qeyd edib ki, mütəmadi reyslərin açılması həm İranda, həm də Azərbaycanda turizmin inkişafına böyük təkan verəcək.

Azərbaycanda turizmlə bağlı ali təhsil müəssisələrinin olduğunu deyən nazir bu sahədə də əməkdaşlıq əlaqələrinin qurulmasını əhəmiyyətini, İranın müvafiq təhsil müəssisələri ilə tələbə mübadiləsinin reallaşdırılmasının mümkünlüyünü diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, ermənilər işğal etdikləri torpaqlarda Azərbaycanın mədəni irsinə qarşı soyqırımı siyasəti həyata keçirir, tarixi abidələri, məscidləri qəsdən məhv edərək özlərini bu torpaqların sahibi kimi qələmə verməyə çalışırlar. Xudafərin körpüsünün Azərbaycan xalqının tarixi və mədəni irsini əks etdirdiyini nəzərə çatdıran Əbülfəs Qarayev bu tarixi abidənin də işğal zonasında qaldığını deyib.

Öz növbəsində Z.Əhmədipur Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin İran tərəfindən dəstəkləndiyini vurğulayıb. Qeyd olunub ki, tarixi, mədəni və dini birliyin olması İran-Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verir. Xalqların yaxınlığı mehriban qonşuluğun və dostluğun daha da möhkəmlənməsini tələb edir.

İranda əl işləri sənayesinin inkişaf etdiyini və ölkəyə gələn turistlərin marağına səbəb olduğunu nəzərə çatdıran Z.Əhmədipur əlavə edib ki, İran Azərbaycandan gələn hər bir qonağı hörmətlə qarşılayır. Xalqlarımız tarixən mədəni əlaqələrə sahib olublar. Müasir dövrdə bu əlaqələri inkişaf etdirib gələcək nəsillərə çatdırmaq lazımdır ki, İran ilə Azərbaycanın dostluğu əbədi olsun.

Söhbət zamanı əl işlərindən ibarət məhsulların birgə sərgisinin keçirilməsi və qarşılıqlı əlaqələrin gələcək perspektivləri də müzakirə edilib.

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırov iştirak ediblər.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb