Mayın 17-də Şirvan şəhər Heydər Əliyev Mərkəzində 18 may – Beynəlxalq Muzeylər günü münasibəti ilə Uşaq Musiqi məktəbinin kollektivinin iştirakı ilə tədbir keçirildi.
Tədbirdə Uşaq musiqi məktəbi konsert proqramı ilə çıxış etdi. İlk olaraq rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Səkinə Qayıbova Muzeylər Günü barədə ətraflı məlumat verdi. Bildirdi ki, 1977-ci ildən hər ilin may ayının 18-də dünyanın mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə Beynəlxalq Muzeylər Gününü qeyd edir. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir.
Qeyd edək ki, ölkəmizin muzeyləri kimi Heydər Əliyev Mərkəzində də bu gün müxtəlif mövzulara həsr olunmuş sərgilər keçirilir.