Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
219

İyulun 12-də TÜRKSOY-un yaradılmasının 25 ili tamam olur

Bu gün Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un yarandığı gündür.

1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Sonrakı illərdə Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakas və Saxa-Yakut respublikaları, Moldovanın  Qaqauz Yeri muxtar bölgəsi və Şimali Kipr Türk Respublikası təşkilata üzv olub. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyət Təşkilatı adlanır.

TÜRKSOY təşkilatı türkdilli xalqların sosial-mədəni oxşarlığının bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, incəsənətinin, adət - ənənələrinin, mədəni irsinin araşdırılması, qorunması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulub. Mənzil-qərargahı Ankara şəhərində yerləşir. Təşkilatın fəaliyyəti hər il toplantıları keçirilən Mədəniyyət Nazirləri Daimi Şurası tərəfindən müəyyən olunur. Qurumun cari fəaliyyətinə baş katib rəhbərlik edir.

Azərbaycan Respublikasının Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri, Xalq artisti, professor Polad Bülbüloğlu 1993-2006-cı illərdə TÜRKSOY-un ilk baş katibi olub. Hazırda TÜRKSOY-a Qazaxıstanın keçmiş mədəniyyət naziri, professor Düsen Kaseinov rəhbərlik edir.

Ötən 25 ildə TÜRKSOY ümumtürk mədəni irsinin təbliği və tanıdılması, türkdilli xalqlar, ölkə və diyarlar arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük işlər görüb, çoxsaylı layihələr həyata keçirib. Bu layihələrin bir çoxu ənənə halını alaraq hər il davam etdirilir.

TÜRKSOY bir sıra beynəlxalq qurumlarla, o cümlədən 1996-cı ildə birgə müqavilə imzaladığı UNESCO ilə, habelə Türk Əməkdaşlıq Şurası, TürkPA, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edir.

Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. Qurumun ölkəmizlə çox sıx əməkdaşlıq telləri var. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Son dövrdə reallaşan mühüm tədbirlər sırasında 2016-cı ildə Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsini, 2017-ci ildə TÜRKSOY tərəfindən elan olunan “Molla Pənah Vaqif ili”nin uğurla keçirilməsini, həmçinin ölkəmizin fəal təmsil olunduğu ənənəvi layihələri – TÜRKSOY-un rəssamlar, fotoqraflar, bəstəkarlar və s. görüşlərini qeyd etmək olar. TÜRKSOY tərəfindən Avropa və Amerikada, BMT-nin baş qərargahında təşkil olunan ənənəvi Novruz tədbirlərində Azərbaycan xüsusilə fəal iştirak edir.

Türkdilli ölkələrin teatr festivalı, rəssamların sərgiləri və digər layihələrdə iştirak  Azərbaycan mədəniyyətini dünyada təbliğ etməklə yanaşı, türk mədəniyyətinin nümayəndələrinin də ölkəmizdə tanıdılmasına şərait yaradır. 2009-cu ildə dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin “Koroğlu” operası TÜRKSOY-un təşəbbüsü ilə beynəlxalq layihə əsasında səhnələşdirilmişdi. Layihədə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, həm də Başqırdıstan və Tatarıstan Muxtar Respublikalarının təmsilçiləri iştirak edirdilər.  

2018-ci il TÜRKSOY tərəfindən böyük Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi şərəfinə “Qara Qarayevin xatirə ili” elan edilib. Xatirə ili çərçivəsində Ankarada və Bursada TÜRKSOY tərəfindən mərasim və konsertlər keçirilib. Bu il həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi TÜRKSOY-da qeyd edilib. Eyni zamanda TÜRKSOY-un 25 illiyi ilə əlaqədar isə  üzv ölkələrdə, o cümlədən Azərbaycanda tədbirlər keçirilir.

XƏBƏRLƏR

17.07.2018 17:49
Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib
17.07.2018 16:56
Milli Konservatoriyada Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti tədbiri keçirilib
17.07.2018 14:17
Ağstafa regional mərkəzdə səyyar seminar-treninqə bu gün start verildi
17.07.2018 09:41
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.07.2018 09:32
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakı konfransının açılış mərasimi olub
16.07.2018 15:59
Azərbaycan Respublikasının mədəniyyət naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək
16.07.2018 15:48
Füzuli Dövlət Dram Teatrı 29-cu mövsümə yekun vurub
16.07.2018 15:01
“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Mingəçevir şəhəri olub
16.07.2018 14:49
Bakıda kitabxanaların əməkdaşlığı genişlənir
16.07.2018 09:10
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı xalqımızın mədəni irsinin təbliğinə xidmət edir
13.07.2018 17:55
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Ümumdünya Konfransı Bakı şəhərində keçiriləcəkdir
13.07.2018 17:45
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı mövsümə “Leyli və Məcnun “ tamaşası ilə yekun vuracaq
13.07.2018 15:06
Mədəniyyətin inkişafı naminə elmi potensialın inteqrasiyası
13.07.2018 14:49
Mədəniyyət Nazirliyində Çin nümayəndə heyəti ilə görüş keçirildi
12.07.2018 18:55
Dövlət Xidmətinin rəisi Qəbələ Dövlət tarix-bədii qoruğunda olub
12.07.2018 17:56
Xüsusi qayğıya ehtiyacı olan sənətkarların seminar və sərgi təşkil olunub
12.07.2018 16:40
Azərbaycan Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq
12.07.2018 15:45
Mədəniyyət Nazirliyində regional mədəniyyət idarələrinin tabe rayonlar üzrə nümayəndələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi
11.07.2018 18:53
Akademik Milli Dram Teatrı mövsümü “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq
11.07.2018 18:51
Kukla teatrı mövsümü başa vurur
11.07.2018 18:45
Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib
11.07.2018 17:57
Milli Kitabxanada Eleonora Borisovna Kantemirin “Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi” adlı kitabının təqdimat mərasimi keçirilmişdir
11.07.2018 12:30
Akademik Milli Dram Teatrı mövsümü iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq
11.07.2018 12:20
Salyanda yeni “DAMA” art-studiyası yaradıldı
11.07.2018 12:16
Xüsusi qayğıya ehtiyacı olan insanlara ustad dərsləri və onların yaradıcı işlərindən ibarət sərgi keçiriləcək
10.07.2018 16:34
Mədəniyyət Nazirliyinin tabeliyindəki qoruqların fəaliyyətinə həsr olunan müşavirə keçirildi
10.07.2018 14:36
Şəmkir regional mərkəzdə səyyar seminar-treninqə start verildi
10.07.2018 14:23
Musiqili Teatrın dirijoru Beynəlxalq Festivalda iştirak edib
09.07.2018 18:22
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09.07.2018 18:08
Bərdə Regional Mədəniyyət İdarəsində müşavirə keçirilib
09.07.2018 18:03
Kanadanın Kvebek Milli Kitabxanası və Arxivinin direktoru Azərbaycan Milli Kitabxanasında olmuşdur
09.07.2018 12:50
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakıda 33-cü Ümumdünya Konfransı keçiriləcəkdir
09.07.2018 12:26
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdam rayonu olub
09.07.2018 09:02
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı cəbhə bölgəsinin sakinləri tərəfindən maraqla qarşılanıb
06.07.2018 16:54
Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı