Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3427

Kəlağayı sənətinin zənginliyini, fəlsəfəsini əks etdirən kitab

Azərbaycan Xalça Muzeyində Əminə Məlikovanın “Kəlağayı” kitabının təqdimat mərasimi keçirilib. Nəşr "BP Azerbaijan" şirkətinin sponsorluğu və Mədəniyyət Nazirliyi ilə əməkdaşlığı çərçivəsində ərsəyə gəlib.

Tədbirdə çıxış edən "BP Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli  qurumun Azərbaycanın kəlağayı sənətinin tədqiqi və təbliğinə dəstək olmasından məmnunluğunu bildirib. Qeyd edib ki, nəşr kəlağayı sənətinin bütün zənginliyini, fəlsəfəsini özündə əks etdirir.

Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri Tamerlan Axundov çıxış edərək belə bir kitabın işıq üzü görməsini əlamətdar hadisə kimi qiymətləndirib. Bildirib ki, Azərbaycan mədəniyyətinin zəngin incilərindən olan kəlağayıya həsr edilən kitab əsl ipəkdən toxunmuş ənənəvi qadın baş örtüyünün hazırlanma və geyim mədəniyyətini əhatə edir. Zərifliyinə, rəngarəngliyinə və gözəlliyinə görə tarixən kəlağayı sənət nümunəsi hesab edilib. Qeyd olunub ki, dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın himayəsi ilə ölkəmizin mədəni irsi həssaslıqla qorunur, tanıdılır və təbliğ edilir. Bu qayğı nəticəsində 2014-cü ildə Azərbaycanın “Kəlağayı simvolizmi və ənənəvi sənəti” faylı UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Eyni zamanda dövlətimizin bilavasitə dəstəyi ilə müxtəlif illərdə muğam, xalça, tar, kamança, aşıq sənəti ilə yanaşı, bu günlərdə Yallı rəqsi və “Dədə Qorqud” irsi də UNESCO-nun müvafiq siyahılarına daxil edilərək bəşəri status qazanıb: “Kəlağayı irsinin tədqiqinə dəyərli töhfə olan nəşrin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. İnanıram ki, BP şirkəti ilə əməkdaşlığımız bundan sonra da uğurla davam edəcək”.

Kitabın elmi redaktoru Rəna İbrahimbəyova çoxəsrlik ənənələrə malik olan kəlağayı sənətinin milli etnoqrafiya, sənətşünaslıq və kulturologiya elmlərinin müstəqil tədqiqat sahələrindən biri olduğunu vurğulayıb.

Nəşrin müəllifi Əminə Məlikova kitabda Azərbaycanda müxtəlif dövrlərdə fəaliyyət göstərən kəlağayı məktəblərində hazırlanan kəlağayı nümunələri barədə müfəssəl tarixi məlumatların əksini tapdığını diqqətə çatdırıb: “Kitab öz rəng çalarlarına, zərif tərtibatına və poliqrafik özəlliklərinə görə özü-özlüyündə bir sənət əsəridir. Bu, kəlağayı sənətinin bütün zənginliyini, fəlsəfəsini və təmtərağını özündə tam əks etdirən bir hədiyyədir. Kitab "ExpoOrg" şirkətinin rəhbərliyi ilə Azərbaycan, Gürcüstan, Rusiya və Ukrayna muzeylərində aparılan geniş tədqiqatların nəticəsində hazırlanıb”.

Daha sonra Xalça muzeyinin direktoru Şirin Məlikova çıxış edərək kitabın əhəmiyyətindən söz açıb. Qeyd edib ki, muzeydə kəlağayı sənətinə həsr olunan sərgi hazırlanıb. Sərgidə Xalça muzeyinin kolleksiyasında qorunub saxlanılan nadir kəlağayılar nümayiş olunur.

Sonda qonaqlar kəlağayı sənətinin gözəl nümunələrini əks etdirən sərgi ilə tanış olublar.

 

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel