Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2626

“Kitabxana – informasiya xidmətində və oxucularda mütaliənin formalaşdırılmasında müasir metodlardan istifadənin təşkili” mövzusunda tədbir keçirildi

Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba və Xaçmaz rayon MKS-nin birgə təşkilatçılığı ilə  Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında “Kitabxana – informasiya xidmətində və oxucularda mütaliənin formalaşdırılmasında müasir metodlardan istifadənin təşkili “mövzusunda tədbir keçirildi. Tədbirdə Quba və Xaçmaz rayon MKS-nin əməkdaşları, Xaçmaz rayonunda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin üzvləri, Qubada fəaliyyət göstərən “Gülüstan” və “Ay işığı” ədəbi məclislərinin üzvləri, ADPU Quba filialının tələbələri,mərkəzi kitabxananın fəal oxucuları, KİV nümayəndələri və başqaları iştirak edirdi.

MKS-nin direktoru Saməddin Nəsirov qonaqları və iştirakçıları  salamlayaraq tədbiri açıq elan etdikdən sonra bildirdi ki, bu gün cəmiyyətimizdə mütaliə qlobal problemlərdən biridir.Son illər ölkəmizdə kitabxana işinin yaxşılaşdırılması haqqında qəbul edilən qərarların icrası bu sahənin inkişafında ciddi dönüş yaratmışdır. Bu sırada “Azərbaycan Respublikasında kitabxana informasiya sahəsinin  2008-2013-cü illərdə  inkişafı üzrə Dövlət Proqramı” – nın həyata keçirilməsini xüsusi qeyd etmək lazımdır. Ötən dövr ərzində proqramda nəzərdə tutulan tədbirlərin gerçəkləşdirilməsi nəticəsində yerlərdə bir çox kitabxanaların vəziyyəti, maddi-texniki təchizatı yaxşılaşmış, kitabxanalara maraq artmış, oxucuların informasiya təminatı xeyli yaxşılaşdırılmışdır.

Tədbirdə Xaçmaz rayon MKS-nin direktoru Azad Əlifxanov çıxış edərək bildirdi ki, kitabxana işi təkcə oxucuya kitab verməklə məhdudlaşmır. Kitabxanalara yeni oxucuların cəlb olunması, oxucularda mütaliəyə marağın artırılmasında, fondun oxucuya tanıdılmasında, kitabxanalarda keçirilən mədəni - kütləvi tədbirlərin  böyük əhəmiyyəti vardır. Müasir kitabxanalar  yalnız oxucunun və kitabın ünsiyyətinin ənənəvi yeri deyil, həmçinin mədəniyyət mərkəzi olaraq, oxucuların milli və dünya mədəniyyətinə qoşulmasını təşkil edir. Sonda məruzəçi  region kitabxanaları arasında kitabxanalararası mübadilənin yaradılmasını təklif etdi.

Sonra Xaçmaz rayon MKS-nin mərkəzi kitabxanasının komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Zeynal Əhmədov çıxış edərək kitabxanada uşaq ədəbiyyatının azlığından, tədris ədəbiyyatının çatışmamazlığından, bu sahədə bəzi çətinliklərin olmasından söhbət açdı.

Tədbirdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova, uşaq şöbəsinin müdiri Rübabə Hacıbəyova, Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti Faiq Əliyev və başqaları  çıxış edərək bildirdilər ki, respublikamız müstəqillik əldə etdikdən sonra kitabxanaların inkişafı sahəsində görülən işlər cəmiyyətin inkişafına təkan vermişdir. Kitabxanalara dövlət qayğısı hər birimizi daha yaxşı çalışmağa, oxucuların tələbatını dolğun şəkildə ödəmək üçün bütün imkanlardan maksimum yararlanmağa sövq edir. Daha sonra “Ulduzlar” ədəbi məclisinin üzvləri Mehrəli Quliyev, Telman Təravət, “Gülüstan”,  “Ay  işığı” ədəbi məclislərinin üzvləri şair Cabir Albantürk, Asvar Tufandağlı, Cəlaləddin Budadoğlu və başqaları  şeirlərindən parçalar söylədilər. Tədbirin sonunda “Ulduzlar” ədəbi məclisinin üzvü Mehrəli Quliyev öz yeni kitablarını mərkəzi kitabxanaya hədiyyə etdi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb