Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3534

Kiyevin mərkəzində Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub.

 Açılış mərasimində Azərbaycan və Ukraynanın mədəniyyət nazirləri Əbülfəs Qarayev və Yevgeni Nişuk, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Kiyev şəhər Dövlət Administrasiyasının rəhbərinin müavini Aleksandr Spasibko, xarici ölkələrin Ukraynadakı səfirləri, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq Artisti Fərhad Bədəlbəyli, Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, aparıcı KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Əbülfəs Qarayev, Yevgeni Nişuk, Aleksandr Spasibko və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev parkın rəmzi açılışını bildirən lenti kəsiblər.

Qonaqları salamlayan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və tövsiyəsi əsasında şəhərin mənzərəli yerində belə bir park salınıb.

“Səfirlik Ukrayna ərazisində bir neçə bu cür istirahət parklarının salınması üçün işlərini davam etdirəcək. Azərbaycan mədəniyyətini, tarixini dünyada tanıdan nüfuzlu şəxslərin adlarını daşıyan parkların yaradılması xalqımızın milli, mənəvi dəyərlərinin necə zəngin olduğunun göstəricisidir”,- deyə səfir əlavə edib.

Kiyevin mərkəzində belə bir parkın açılmasının tarixi hadisə olduğunu qeyd edən nazir Əbülfəs Qarayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə parkın açılışı ilə bağlı ölkəmizdən böyük nümayəndə heyəti iştirak edir.

“Bu park kiyevlilər və şəhərin qonaqları üçün gözəl istirahət məskəni olacaq. Parkda Müslüm Maqomayevin heykəli şəhərə xüsusi gözəllik verir. Müslüm Maqomayev dünya xalqlarının sevimlisi olub”, - deyə nazir bildirib.

M.Maqomayevin Azərbaycanın dünya şöhrətli musiqiçisi, ecazkar vokal ifaçılığı ilə milyonların qəlbini fəth etdiyini vurğulayan Ukraynanın mədəniyyət naziri çıxışında deyib ki, o bir çox xalqların sarsılmaz mədəni əlaqələrinin təcəssümüdür.

Y.Nişuk bildirib ki, M.Maqomayev bütün dünya mədəniyyətinə məxsus ifaçıdır.

Kiyev şəhər Dövlət Administrasiyasının rəhbərinin müavini Aleksandr Spasibko çıxışında bu cür ecazkar parkın kiyevlilərin əsl istirahət yerinə çevriləcəyinə inandığını bildirib. O qeyd edib ki, Kiyev şəhər Dövlət Administrasiyası Azərbaycan səfirliyinin irəli sürdüyü bu cür layihələrə həmişə dəstək olmağa hazırdır.

Heykəlin müəllifi tanınmış heykəltəraş, Ukraynanın Xalq Rəssamı Seyfəddin Qurbanov Müslüm Maqomayev kimi dahi şəxsiyyətin heykəlinin müəllifi olduğu üçün özünü xoşbəxt saydığını bildirib.

Çıxışlardan sonra parkda məşhur müğənninin heykəlin üzərindəki örtüyü götürülüb. Tədbir Azərbaycan, Özbəkistan, Ukrayna və digər ölkələrin incəsənət xadimlərinin çıxışları ilə davam etdirilib.

Daha sonra Kiyevin Milli Musiqi Akademiyasında Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sən mənim nəğməmsən!” adlı konsert keçirilib.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi parkın salınması ölkəmizin “ALTE” İnşaat, sənaye və ticarət” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilib.

Park Azərbaycan Prezidenti İlham Əliyevin Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından irəli gələrək salınıb.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi