Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4564

Kukla teatrı mövsümü başa vurur

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da respublikanın digər teatr-konsert müəssisələri kimi mövsümü başa vurur.

86-cı teatr mövsümü də repertuar tamaşalarının nümayişi ilə yanaşı yaradıcılıq planına uyğun olaraq  hazırlanan yeni səhnə əsərləri, yerli və xarici beynəlxalq teatr festivalları və müsabiqələrdən uğurlu nəticələrlə zəngin olub.

“Teatrın bayramı premyeradır” prinsipini rəhbər tutan yaradıcı kollektiv iyulun 15-ə təsadüf edəcək bağlanış tədbirini də tamaşaçılar üçün yaddaqalan etməyə çalışıb. Belə ki, həmin gün teatr üç seans olmaqla premyera tamaşa nümayiş etdirəcək.

Saat 12: 00 və 14: 00 seanslarında teatrsevərlər M. Seyidzadənin məşhur “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərini izləyəcəklər. Tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya tam yeni quruluş verməklə müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə işi təqdim etməyə çalışıb. Birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunacaq.

Tamaşada əsas rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Elnur Əliyev, Elnur Xəlilov, Adil Dəmirov,  Aygül Ağayeva, Vüsal Hüseynov ifa edirlər.

Saat 16: 00 seansında isə rusdilli tamaşaçılara bu klassik nağıl əsasında hazırlanaraq yeni səhnə həlli və adı verilən “Üç cəsur” təqdim olunacaq. Rus bölməsi üzrə ilk dəfə hazırlanan (tərcümə Q. Məsimov) bu tamaşaya da teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, Cırtdan, Hadı və Bıdının sıx dostluğu üzərində qurulan səhnə işinə yeni obrazlar əlavə etsə də  klassik ana xətti saxlamaqla müasir səhnə həllinə nail olub. Tamaşada rolları Rauf  Babayev, Lina Məmmədova, Afət Ağayeva, Adil Dəmirov, Elmira Hüseynova, Araz Həsənli ifa edirlər.

 Tamaşaların nümayişindən sonra müəssisənin yaradıcı həyatında xüsusi rol oynayan əməkdaşlar rəhbərlik tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar. Belə ki, məhsuldar aktyor, ilin aktyor və aktrisası, mövsümün perspektivli aktyoru, uğurlu fəaliyyətinə görə seçilən əməkdaşı, həmçinin, ilin rejissoru, rəssamı da seçilərək təltif olunacaq.

Teatrın rəhbərliyi ötən mövsümdə olduğu kimi bu il ərzində də onunla yaxından əməkdaşlıq edən kütləvi informasiya vasitələri təmsilçilərindən bir neçə nəfəri   “Teatrın dostu” mükafatı ilə təltif edəcək.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb