Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2213

“L.V.Rostropoviçin Bakıdakı erkən dövrünün yaradıcılığı” adlı tədbir keçirildi

28 Fevral L. və M.Rostropoviçlərin ev muzeyində məşhur violonçel ifaçısı Leopold Rostropoviçin 126 illiyinə həsr olunmuş, “L.V.Rostropoviçin Bakıdakı erkən dövrünün yaradıcılığı” adlı tədbir keçirildi.

Tədbiri muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi Şeyla Heydərova açaraq bildirdi ki, muzeydə hər il ənənəvi olaraq L.Rostropoviçin doğum günü qeyd olunur. O, çıxışı zamanı L.Rostropoviçin 1914-16-cı illərdəki həyatı və yaradıcılığından, Bakıda verdiyi xeyriyyə konsertlərindən, burada D.A.Çernomordikovun rəhbərliyi altında göstərdiyi pedaqoji və bəstəkarlıq fəaliyyətindən danışdı. 1915-ci ildə Bakıda Polşa komitəsinin təşkilatçılığı ilə müharibədə Polşa Çarından əziyyət çəkənlərə həsr olunmuş xeyriyyə konserti təşkil edilir. Violonçelistlər müsabiqəsinin Laureatı L.Rostropoviç bu konsertdə P.İ.Çaykovskinin “Nokturun” əsərini  mükəmməl ifa etmişdir. Eyni zamanda, Bakı icmasının yığıncağında (indiki Zabitlər Evi) baş tutan xeyriyyə konsertində, “bakılıların tanıdığı, istedadlı violonçel ifaçısı L.Rostropoviç, böyük çoşqu ilə Sen-Sansın konsertini ifa etmiş və tamaşaçılar tərəfindən alqışlara qərq olmuşdur”.

İfaçının bu dövrünün fəaliyyəti, “Kaspi” və “Bakı” qəzetlərində çox geniş işıqlandırılırdı. Bu materialları təhlil edərkən nəticəyə gəlmək olar ki, L.Rostropoviç 1914-cü ilin yay ayından 1916-cı ilə qədər Bakıda yaşayıb , Bakı musiqi icmasının sevgisini və böyük rəğbətini qazanıb. Həmin bu qəzetlərin çoxsaylı hissələrindən təşkil olunmuş sərgi tədbirdə nümayiş olundu.

Tədbirdə L. və M.Rostropoviçlər adına 21 saylı və Bülbül adına uşaq musiqi məktəblərinin Beynəlxalq müsabiqələr Laureatları böyük konsert proqramı ilə çıxış etdilər. Onlar rus və xarici bəstəkarlarının F.Listın, S.Raxmaninovun əsərlərini parlaq texnika və yüksək ifaçılığ ilə nümayiş etdilər. Gənc skripka ifaçılarından ibarət ansamblın çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Xüsusilə, Bakı Musiqi Akademiyasının pedaqoqu N.Abbaszadənin tələbəsi, balaca violonçel ifaçısı,Tapdıqova Fəridə izləyənləri ifası ilə heyran qoydu.

Eyni zamanda muzeyin zəngin fondundan çıxarılmış materiallar əsasında hazırlanmış, həyat və yaradıcılığından bəhs edən slayd-şou nümayiş olundu.

Tədbirdə Rus səfirliyinin mədəniyyət məsələləri üzrə ikinci katibi Y.Raqozina, Rusiya informasiya mərkəzinin nümayəndəsi C.Quliyev, musiqi məktəblərinin direktorları, müəllim və şagird heyəti, memorial muzeylərin əməkdaşları, rus icmasının nümayəndələri qonaq qismində iştirak etdilər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi