Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1693

Lənkəran Dövlət Dram Teatrında Milli Qurtuluş Günü qeyd olunub

 

Lənkəran Dövlət Dram Teatrında 15 İyun – Milli Qurtuluş  Günü münasibətilə yaradıcı kollektivin yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə açan teatrın baş rejissoru Tural Mustafayev 15 iyun 1993-cü ilə söykənən Milli Qurtuluş Gününü milli şüurumuza yazılan şərəfli tarix kimi dəyərləndirib. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıdışı ilə daxili çəkişmələrdən və erməni işğalından dövlətçiliyini itirmək təhlükəsilə üzləşmiş gənc müstəqil Azərbaycanı xilas edərək, ölkədə vətəndaş müharibəsinin qarşısını almaqla respublikada dövlətçiliyin əsasını qoyaraq onu inkişaf etdirib.
Tədbirdə çıxış edən teatrın aktyoru, respublikanın Xalq artisti Qabil Quliyev,  ədəbi-dram hissə rəhbəri Ağaddin Babayev,  baş inzibatçı Namiq Ağayev, rejissor Adil Zeynalov və digərləri də ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqil dövlətçiliyinin inkişafı yolunda həyata keçirdiyi daxili və xarici siyasətin, neft strategiyasının, ölkədə apardığı siyasi-iqtisadi islahatların gətirdiyi uğurlardan danışaraq qeyd ediblər ki, bütün bunlar bu gün vətəndaşı olduğumuz azad, firavan və təhlükəsiz Azərbaycanın varlığına, yaşamasına və inkişaf etməsinə qərar verib. Məhz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan mədəniyyətinə, xüsusilə teatr xadimlərinə diqqət və qayğısından danışan natiqlər mədəniyyət, o cümlədən teatr sahəsində də islahatların həyata keçirildiyini, teatr – tamaşa müəssisələri üçün ya yeni binaların tikildiyini, ya da əvvəlki binaların əsaslı təmir olunduğunu, Ulu Öndərin sərəncamları ilə teatr xadimlərinə fəxri adların, Prezident təqaüdü və mükafatlarıın verildiyini dönə-dönə vurğulayıblar. Yığıncaqda bir daha qeyd olunub ki, Azərbaycan xalqı Milli Liderimizin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır və Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafının sükanı arxasında dayanan ölkə başçısı İlham Əliyevin ətrafında daha sıx birləşərək ölkənin tərəqqisi naminə onun gördüyü işləri dəstəkləyir.

 

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib