Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2035

Lənkəran teatrında yeni tamaşanın premyerası olub

Aprelin 19-da Lənkəran Dövlət Dram Teatrında Qırğızstanın Xalq yazıçısı Mar Bayciyevin “Şənbə axşamı” əsəri əsasında hazırlanan eyni adlı tamaşanın premyerası olub. Tamaşadan öncə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq Abdullayev səhnəyə çıxaraq teatrın aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyevi 70 illik yubileyi münasibətilə təbrik edərək onu təşəkkürnamə ilə mükafatlandırıb. Daha sonra tamaşaya baxış olub.

Səhnə əsərində hadisələr bizim günlərdə cərəyan edir. Kənd məktəbinin müəllimi Kuruçbəyin Moskvada ali məktəbdə təhsil alan oğlu Esen evə gəlin gətirir. Xeyir-dua almaqdan ötrü Kuruçbəy arvadı ilə birlikdə təzə qohumlarının evinə gedir. Burada  onlar  gözlənilməz vəziyyətlə üzləşirlər. Belə ki, Aselin anası Kukuş Kuruçbəydən başlıq tələb edir. Qadın bunu doqquz ay ərzində qızını ürəyinin altında gəzdirməsi ilə əlaqələndirir. Kukuşun qənaətincə, kürəkəni ilə qızının toyları çoxlu sayda qonaqların iştirakı ilə təmtəraqlı keçməli, orada qohum-əqrəbaya bahalı hədiyyələr bağışlanmalıdır. Bəs çoxlu sayda qonaqların toyda iştirakını təmin etmək, gəlinin qohumları üçün bahalı hədiyyələr almaqdan ötrü pulu haradan tapmalı?  Kuruçbəyin oğlu Esen atasına avtomobilini  satmağı təklif edir.

Kuruçbəy vicdanından necə keçsin? Müharibə əlili kimi ona bağışlanan maşını satacaqsa, bəs sonrasını necə yaşayacaq? Əgər bu təklifdən imtina etsə, onda toy baş tutmayacaq, halbuki toy şənbə axşamına təyin olunub...

Anşlaqla keçən və böyük maraqla izlənilən tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.  Rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Zemfira Nəcəfova və Sucəddin Mirzəyev, aktyorlardan Şahrud Mehdiyeva, Qızılgül Quliyeva, Sayad Əliyev, Təranə Fərəcova ifa ediblər.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib