Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1567

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində açıq qapı günü qeyd olundu

Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyev simasının rolu böyükdür. Onun qayğı və diqqəti sayəsində Azərbaycan mədəniyyəti inanılmaz dərəcədə inkişaf etmiş və əldə etdiyi nailiyyətlərlə dünya dövlətləri ilə müqayisədə  ön sıraları tutmuşdur.

12 dekabr  tarixində Ulu Öndər Heydər Əliyevin 15 illik anım günü ilə əlaqədar

Leopold və Mstislav Rostropoviçlərin ev- muzeyində açıq qapı günü qeyd olundu. Muzeydə hər iki şəxsiyyətə aid zəngin arxiv mövcuddur. Orada nadir fotoşəkillər, DVD materiallar, bu iki şəxsiyyətin böyük dostluğunu əks etdirən əlyazma məktublar və başqa qiymətli əşyalar yer alır. Ekspozisiyada yer alan əlyazma məktublarında Maestro yaxın dostu H.Əliyevin sağlamlığı barədə duyduğu nigarançılıq və narahatını dilə gətirib.

  L. və M.Rostropoviçlərin ev muzeyində nəinki bu gün,  hər il mütəmadi olaraq doğum və anım günləri yüksək səviyyədə keçirilir, onların dərin dostluq münasibətlərini açıqlayan elmi məqalələr, mühazirələr oxunur, muzeyin zəngin fondundan  çıxarılmış  şəkillərdən ibarət slayd şou və filmlər nümayiş etdirilir. Hətta bu iki dahi şaxsiyyətin münasibətlərinə həsr olunmuş ayrıca tematik ekskursiya mətni də var.

Gün ərzində muzeyə gələn Asəf Zeynallı adına Musiqi kollecinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, İncəsənət Gimnaziyasının şagird və müəllim heyyətinə 3 dildə (azərbaycan, rus , ingilis) ekskursiyalar təşkil olundu, muzeyin zəngin kino fondunda  yer alan məşhur kino rejissor T.Aşumovanın “Slavanın 5 günü” ( 5 Дней Славы), Ziya Şıxlınskinin Maestroya həsr etdiyi unikal “Doğma Diyar” ( Нет Земле Родней) filmi nümayiş olundu. Həmin filmdə bir çox maraqlı kadrlar yer alır. Belə kadrlardan biri Maestronun 70 illik yubileyi zamanı lentə alınıb.

1997-ci ildə Bakıya gələn M.Rostropoviç, 70 illik yubileyi mərasimi öncəsi Ulu Öndər H.Əliyevlə təkbətək görüşündə, qaçqınların gələcək taleyi ilə bağlı sual verdi, Ümmumilli lider H.Əliyev isə cavabında: Bu sadəcə sağalmaz bir sual deyil daim göynəyən yaradır, baxmayaraq ki, aprel ayında ürəyimdən cərrahi əməliyyat keçirtmişəm və o yara sağalıb, amma qaçqınların gələcək taleyi və vəziyyəti, 20% torpaqların düşmən tapdağı altında qalması ilə bağlı yaram sağalmaq bilmir, gecə və gündüz göynəyir”.

Maraqlı ekskursiya sonunda muzeyə gələn ziyarətçilər açıq qapı günü ilə bağlı öz təəssüratlarını rəy kitabına qeyd etdilər.

 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb