19.01.2019 04:56
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan “açıq qapı” günü keçirilib.
Muzeyə daxil olan ziyarətçiləri ekskursiya boyu maestronun ifasında və dirijorluğu altında səslənən klassik musiqilər müşayiət edib.
Gün ərzində ziyarətçilərə Mstislav Rostropoviçin dirijorluğu altında səslənən klassik musiqilərdən fraqmentlər də göstərilib. Həmçinin muzeyin fondunda saxlanılan, xarici və Azərbaycan klassiklərinin audio-video yazılarından ibarət zəngin fond materiallarından ibarət sərgi nümayiş etdirilib.
Tədbirdə Əməkdar incəsənət xadimi L.Səfərovanın M.Rostropoviçin qaçqınlarla görüşündən bəhs edən “Mərhəmət” filmi nümayiş olunub.