Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4286

“Luç” Ədəbi-Yaradıcılıq Birliyinin üzvləri ilə görüşlərin və kitab təqdimatlarının keçirilməsi” layihəsi çərçivəsində gənc yazar Gülnur Aslanın “Anqelos” kitabının təqdimatı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İş planına müvafiq olaraq YAP Binəqədi rayon təşkilatının İnzibati binasının Konfrans zalında Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO-nun “İnformasiya hamı üçün” proqramının Azərbaycan Komitəsi, YAP Binəqədi rayon Təşkilatı, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, “Luç” Ədəbi-Yaradıcılıq Birliyi və Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvləri olan gənc yazarlarla görüş və kitab təqdimatı keçirilmişdir

Tədbirdə fəal ictimai fəaliyyətdə olan gənc yazar, şairə “Mir lyudey” şeirlər məcmuəsinin və “Anqelos” romanının, Azərbaycan estradasında bir sıra məşhur mahnıların sözlərinin müəllifi Gülnur Aslanın yaradıcılığı haqqında söhbət açılmış və “Anqelos” kitabının təqdimatı keçirilmişdir.

Binəqədi rayon MKS-inin fəal oxucularının ifasında Gülnur Aslanın “Obşie çertı” (Elmira Babayeva), “Çitatelyu” (Fərid Cavadzadə) və “Çeloveçek” (Nərmin Sarıyeva) şeirləri səsləndirilmişdir.

Tədbirdə “Luç” Ədəbi-Yaradıcılıq Birliyinin üzvləri olan gənc yazarlar Marina Mürsəlova, Bəxtiyar Cəfərov, Camalə Təbib, Aynel Aydayeva, Lalə Məmmədova, Məryəm Kamilli, Leyla Qurbanova, Ləman Bağırova, Nailə Nadir, Tatyana Nağıyeva, Səbinə Vəlibəyova, Səidə Sübhi, Salehə Əliyeva, Marat Şəfiyev, Ələddin Yaqubov və başqaları iştirak etmişlər.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri, YUNESKO-nun “İnformasiya hamı üçün” proqramının Azərbaycan Komitəsi sədri Lətifə Məmmədova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, YAP Gənclər Birliyi sədrinin müavini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Humanitar və Sosial Məsələlər şöbəsinin baş məsləhətçisi, partiyanın Siyasi Şurasının üzvü Samirə Quliyevə, “Luç” Ədəbi-Yaradıcılıq Birliyinin sədri, professor Tofiq Məlikli, yazıçı-jurnalist, bir sıra kitabların müəllifi, “Qranat” və “Vaqif” mükafatlarının laureatı Marina Mürsəlova, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru, yazıçı Musa Quluzadə, “Anqelos” kitabının redaktoru, tanınmış filoloq Natalya Haqverdiyeva və Azərbaycan Milli İncəsənət Muzeyinin şöbə müdiri Təranə İsgəndərova iştirak etmişlər.

Azərbaycan Yazıçılar Birliyi yanında “Luç” Ədəbi-Yaradıcılıq Birliyinin gənc üzvləri Aynel Aydayeva, Bəxtiyar Cəfərov, Leyla Qurbanova, Səidə Sübhi öz şeirlərini oxucular üçün səsləndirmişlər.

“Luç” Ədəbi-Yaradıcılıq Birliyinin üzvləri ilə görüşlərin və kitab təqdimatlarının keçirilməsi” layihəsinin əsas məqsədi gəncləri mədəni və ədəbi fəaliyyətə təşviq etmək və onların yaradıcı potensialını düzgün oriyentasiya etmək və gənc yazarları oxuculara tanıtmaqdır.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi