Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2237

Lüksemburqda keçirilən Avropa Şurası Mədəni Marşrutları üzrə Hissəvi Sazişin İdarə Heyətinin iclasında “Bakı Prosesi”nin təqdimatı keçirilib

Lüksemburqun tarixi Noymünster sarayında keçirilən Avropa Şurası (AŞ) Mədəni Marşrutları üzrə Hissəvi Sazişin İdarə Heyətinin iclası öz işini yekunlaşdırıb. İki gün davam edən iclas məhsuldar keçərək bir sıra önəmli məqamlar ilə yadda qalıb.
İclasın ilk günü iki yeni ölkə - Türkiyə və Vatikan İdarə Heyətinin üzvlüyünə qəbul ediliblər. Daha sonra hazırda mövcud olan Avropa Şurasının  32 mədəni marşrutundan 8-i növbəti sertifikatlaşmanı keçmək üçün hesabatla çıxış edib.

Tədbirin ikinci günü 2020-ci ildə keçiriləcək AŞ Mədəni Marşrutlarının 10-cu Məşvərət Forumuna Yunanıstanın ev sahibliyi edəcəyi məlum olub. İclasda Avropa Şurası (AŞ) Mədəni Marşrutları üzrə Hissəvi Sazişin İdarə Heyətinə prezident seçkiləri olub və Norveçli nümayəndə Marianna Berger prezident seçilib.

“Avropa Şurasının Mədəni Marşrutlarının təbliğatı: Ən yaxşı təcrübələr” adlı hissə ilə davam edən iclasda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Araz Bağırlı təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın bu sazişə ilk qoşulan ölkələrdən olduğu , həmçinin 2017-ci ildə Bakıda keçirilən IV Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəni marşrutlar mədəniyyətlərarası dialoq şəbəkəsi kimi" adlı panelin keçirildiyi qeyd olunub. Bildirilib ki, BMT Baş Assambleyası ötən ilin dekabr ayında mövzu üzrə qəbul etdiyi müvafiq qətnaməsində Ümumdünya Mədəniyyətlərarsı Dialoq Forumuna xüsusi bölmə həsr edib və onu mədəniyyətlərarası dialoq üzrə əsas qlobal platforma adlandırıb. Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb