Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
302

Macarıstanlı diplomat Azərbaycan Dövlət Musiqili Teatrı ilə yaxından tanış olub

Macarıstan Respublikasının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfirinin
ikinci katibi, Mədəniyyət və Təhsil məsələləri üzrə diplomat cənab Mihay Qruber Azərbaycan Dövlət Musiqili Teatrında olub. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonağa 136 il əvvəl tikilmiş teatrın inzibati binasının yaranma tarixi, burada oynanılan ilk tamaşalar barəsində danışıb, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bir neçə il əvvəl aparılan mükəmməl yenidənqurma və bərpa işlərindən sonra sənət ocağında kollektivin daha böyük əzmlə çalışdığını qeyd edib.
Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı ikitərəfli mədəni əlaqələrin
daha da genişləndirilməsi üçün yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib, iki ölkə arasında səfər və qastrolların təşkili məsələlərinə toxunulub.
Cənab Mihay Qruber Azərbaycan Dövlət Musiqili Teatrının direktoru
Ə.Lalayevə səmimi qəbul və işgüzar söhbət üçün minnətdarlığını bildirib, ona Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyinin salamlarını çatdırıb.
“Teatrınızın görkəmi dünyanın bir çox nüfuzlu teatrları ilə müqayisə olunacaq dərəcədə möhtəşəm və gözəldir. Elə ilk baxışdan da hiss olunur ki, burada uğurlu tamaşaların ərsəyə gəlməsinə zəmin yaradan peşəkar mühit var... Əminəm ki, bundan sonra da Macarıstan-Azərbaycan mədəni əlaqələri xalqlarımızın yaxınlaşmasında və yeni mədəni münasibətlərin gedişatında mühüm rol oynayacaq. Düşünürəm ki, bu qəbildən olan görüşlərin müntəzəm keçirilməsi çox vacibdir”, - deyə Macarıstanlı diplomat xüsusi vurğulayıb.

XƏBƏRLƏR

22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək
21.05.2019 11:08
Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb
21.05.2019 10:36
Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib
20.05.2019 17:45
Ağcabədidə Beynəlxalq Muzeylər Günü münasibət ilə “Açıq qapı” günü təşkil edilib
20.05.2019 17:14
“Zeytun ağacları” beynəlxalq mədəni marşrutunun ekspert qrupu ölkəmizdə səfərdədir
20.05.2019 16:32
Xaçmazda Muzeylər gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:32
Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:11
Mədəniyyət Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığa dair birgə Fəaliyyət planı imzalandı
20.05.2019 14:58
Qax rayonunda fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçirilib
20.05.2019 14:36
Azərbaycan “Gənc ulduzlar-2019” Xeyriyyə Festivalında təmsil olunub
20.05.2019 14:18
Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçiriləcək
20.05.2019 14:15
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20.05.2019 12:39
Gənc Prezident təqaüdçülərinin iştirakı ilə konsert-festival keçiriləcək
18.05.2019 18:23
18 may dünyanın hər yerində Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur