Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
410

Masallıda “Vətənin müdafiəsinə hazıram!” devizi altında təntənəli tədbir keçirilib

İyunun 21-də N. Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX), Azərbaycan Respublikasının Gənclər Fondu, Masallı Rayon Icra Hakimiyyətinin və Masallı Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü”nə həsr edilmiş “Vətənin müdafiəsinə hazıram!” devizi altında təntənəli tədbir keçirilib.

Tədbirdə SHXÇDX-nin rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev, Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov, Azərbaycan-Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycanın Səsi İctimai Birliyinin sədri Faiq Əhmədov və digər mötəbər qonaqlarla yanaşı, rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, SHXÇDX-nin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova və digər yerli rəsmi şəxslər iştirak edirdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlandı. Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə ilk olaraq çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, iştirakçıları salamladı və tədbirin təşkili və keçirilməsində göstərdiyi dəstəyə görə SHXÇDX-nin rəhbərliyinə təşəkkür etdi. R. Hüseynov dörd il əvvəl ilk dəfə Masallıda keçirilən analoji tədbiri yaxşı xatırladığını və bu kimi tədbirlərin yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik, vətənə sevgi və sədaqət ruhunda yetişməsindəki rolunu xüsusi olaraq vurğuladı. Masallıdan olan şəhidləri və milli qəhrəmanları xatırlayan R. Hüseynov, göstərdikləri igidlik nümunələri ilə onların gənc nəslə daim örnək olduqlarını qeyd etdi.

SHXÇDX-nin rəisinin müavini, M. Şahverdiyev isə çıxışında bildirdi ki, hələ Çar Rusiyası dövründə azərbaycanlıları hərbi xidmətdən məhrum etmək və onların hərbi-döyüş vərdişlərini unutdurmağa çalışsalar da, buna əsasən müvəffəq ola bilməmişlər. Azərbaycan xalqı hərbi ənənə və vərdişlərini qoruyub saxlamış, böyük sərkərdələr yetişdirməyə nail olmuşdur. Əli ağa Şıxlinski və Səməd bəy Mehmandarov kimi görkəmli hərbi xadimlərimizin hərb tariximizdəki rolunu vurğulayan M. Şahverdiyev, onların həm Rusiya İmperiyası, həm də Azərbaycan Cümhuriyyəti dövründəki hərbi fəaliyyətlərini, ilk milli ordumuzun qurulması və formalaşdırılmasında göstərdikləri tarixi xidmətləri müsbət qiymətləndirdi. O, həmçinin vurğuladı ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müasir ordu quruculuğu və ordunun modern hərbi-texniki təchizatla təmin edilməsi işinə başlanılmış və bu proses bu gün də uğurla davam etdirilməkdədir.

Gənclər Fondunun şöbə müdiri R. Məmmədov təmsil etdiyi qurumun gənclərlə işin qurulması, gənclərin təhsil, əmək təcrübəsi və digər problemlərinin həlli istiqamətində gördüyü tədbirlərdən, həyata keçirdiyi layihələrdən söhbət açdı. Azərbaycan-Əfqanıstan Veteranları İctimai Birliyinin sədri M. Vəliyev isə Dağlıq Qarabağ uğrunda aparılan müharibədən, Aprel döyüşləri və qələbələrindən bəhs etdi və hazırkı mərhələdə yeniyetmə və gənclərin təlim-tərbiyəsi prosesində hərbi-vətənpərvərlik amilinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırdı.

Çıxışlardan sonra rayon İcra Hakimiyyətinin başçısı R. Hüseynov, bir sıra Qarabağ müharibəsi veteranı, şəhid ailəsi və digərlərini diplom və qiymətli hədiyyələrlə təltif etdi.

Təltifetmə mərasimindən sonra tədbir bədii hissə ilə davam etdirildi. Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri, istedadlı müğənnilər Miriş Hüseynov və  Məlahət Əzizlinin ifa etdiyi vətənpərpərlik ruhlu mahnılar, “Masallı” rəqs qrupunun rəqs nömrələri tədbir iştirakçılarının alqışları ilə qarşılandı. Tədbirə hərbi-vətənpərvərlik mahnılarının ifaçısı, tanınmış sənətçi Şəmistan Əlizamanlının çıxışları ilə yekun vuruldu.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla