Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2773

“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb

“Mədəniyyət.AZ” jurnalı yenə də maraqlı yazıları ilə gündəmdədir.

Jurnalın budəfəki kiçik hesabatında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun maraqlı məqamları əksini tapıb.

“Azərbaycan Cümhuriyyəti” rubrikası tədqiqatçı alim Nəsiman Yaqublunun qələmindən güc alıb. “Günahsız müqəssir”lər siyahısına düşən onminlərlə aydınımızın daha biri -Əliabbas Müznib haqqında yazı ilk dəfə bu nömrədə yer alıb.

Bu yaxınlarda əsərləri yenidən kitab halında çıxan Mirzə Şəfi Vazeh haqqında “Öz dilinə tərcümə olunan şair!” adlı yazı onun taleyini əks etdirir.

“Oxu bayramı” kimi bölgələrdən gələn yazılara jurnalın səhifələrində yer verilmişdir.

Musiqi dünyamızın önəmli isimlərindən biri, Fərhəng Hüseynov haqda bəzi oxucularımız Zemfira Abdullayevanın məqaləsindən ilk dəfə oxuyacaqlar.

Teatr kulisləri – Lənkəran Beynəlxalq Teatr Festivalı və Pantomima Teatrının yubileyi Samirə Behbudqızının yazılarında ard-arda izlənilir.

Rəngkarlıq aləmində sənətşünas Dilarə Vahabova Arif Hüseynovun, Məmmədhüseyn Əliyev isə həmkarı, xalçaçı rəssam Aydın Rəcəbovun naxışlar dünyasından söz açır. Daha bir yazıda isə görkəmli sənətşünas alim Kübra Əliyevanın həmişəcavan qalmasının sirləri aşkarlanır.

Musiqi tariximizdə arfaçı Çiçək xanım Rzayeva haqqında da geniş məlumat yer alır.

Mədəniyyət Nazirliyinin meqatədbirlərinin Azərbaycan turizminə verdiyi töhfələrdən isə oxucular həmişəki kimi Fəxriyyə Abdullayevanın yazısında xəbər tutacaqlar.

XƏBƏRLƏR

13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb
29.01.2024 08:53
Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib