Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1617

Mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak etmək üçün Rusiya Federasiyasında səfərdədir.

14 noyabr tarixində “Ermitaj” muzeyində baş tutan forumun rəsmi açılış mərasimində çıxış edən Rusiya Federasiyası hökümət sədrinin müavini Olqa Qolodets bildirdi ki, ilk dəfə keçirildiyində 70 nəfərin iştirak etdiyi foruma bu il 35 000-dən artıq fərdi iştirakçı və 100-dən artıq ölkə qatılmışdır və onlar 14 sessiya üzrə müzakirələrdə iştirak edəcəklər. Açılış nitqi ilə həmçinin, Rusiyanın mədəniyyət naziri Vladimir Medinskiy, Sankt-Peterburq vilayətinin qubernatoru Aleksandr Beqlov, habelə forumun “iştirakçı ölkə”si statusunda olan Qətərin mədəniyyət naziri və İtaliyanın Rusiya Federasiyasındakı səfirləri də çıxış etdilər. Daha sonra tədbir öz işinə müxtəlif sessiyalarla davam etdi.

Forum çərçivəsində nazir Əbülfəs Qarayev bir sıra ikitərəfli görüşlər keçirmişdir.

Bolqarıstan mədəniyyət naziri Boil Banov ilə keçirilmiş görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə olundu, əlaqələrin daha da genişləndirilməsi üçün perspektiv layihələr ətrafında fikir mübadiləsi aparıldı.

Macarıstanın mədəniyyət üzrə dövlət katibi xanım Orşoa Paçai Tomaşiç ilə keçirilən görüşdə Azərbaycanın Macarıstanın elm və mədəniyyət xadimlərinin dərin maraq dairəsində olduğu vurğulanıb. Xalqlarımızın tarixən yaxın köklərlə bağlı olduğunu bildirən dövlət katibi, habelə görüşdə iştirak edən macar tədqiqatçılar Azərbaycan ilə birgə arxeoloji tədqiqatlar aparmaq arzusunda olduqlarını bildirdilər. Öz növbəsində nazir Ə.Qarayev ölkəmizdə bu sahədə mövcud təcrübədən bəhs edərək layihənin Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə həyata keçirilməsi üçün geniş imkanlar olduğunu qeyd etdi.

Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin rektoru Vladimir Sergeyeviç ilə keçirilmiş görüşdə adıçəkilən təhsil müəssisəsində azərbaycanlı tələbələrin təhsili üçün şərait yaradılması razılaşdırıldı.  

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib