Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
589

Mədəniyyət naziri Əbülfəs Qarayev Koventri Universitetində tələbələr qarşısında mühazirə ilə çıxış edib

Birləşmiş Krallığa səfəri çərçivəsində nazir Əbülfəs Qarayev Koventri Universitetini də ziyarət etmişdir.  Universitetin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzində qurumun icraçı direktoru Professor Mayk Hardi ilə görüşən nazir “Bakı Prosesi” çərçivəsində həyata keçirilən layihələr və qarşıdan gələn 5-ci Ümudünya Mədəniyyətlərarası Dialoq Forumunun proqram və müzakirə konsepsiyası ətrafında fikir mübadiləsi apardı. Nazir professor Hardiyə son 6 ildə “Bakı Prosesi”nin inkişafında akademik səviyyədə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi və Mərkəzin dünya miqyasında dialoq və anlaşma yollarını araşdırmaqda mühüm rolunu yüksək qiymətləndirdiyini vurğuladı.

Daha sonra nazir Universitetin İncəsənət və Humanitar Elmlər Fakültəsini ziyarət etdi. Fakültənin rəhbər heyəti ilə görüşən nazir teatr, musiqi və digər incəsənət sahələri ilə yanaşı əsasən yaradıcı sənayelərin inkişafı ilə bağlı sahələrdə təhsil məsələləri ilə maraqlandığını qeyd etdi. Universitet nümayəndələri bildirdilər ki, hazırda bu təhsil müəssisəsində dizayn, moda, mədəniyyət menecmentliyi ilə bağlı təhsil proqramları mövcuddur və həmin sahənin tələbələri təhsil prosesi ilə yanaşı şəhərin inkişaf, müxtəlif şirkətlərin layihələrini də icra edirlər. Koventri şəhərinin Boyük Britaniyanın 2020-2021-ci illər üçün mədəniyyət şəhəri seçilməsi və bu istiqamətdə keçirilən tədbirlərin təşkilində şəhər şurası, universitet və özəl sektor arasında birgə tərəfdaşlıq mövcuddur və tələbələr bu prosesdə olduqca aktiv iştirak edirlər. Hətta, “Land Rover” və “Yaguar” kimi avtomobil şirkətləri öz dizayn proseslərinə universitetin tələbələrini cəlb edirlər. Görüşün sonunda birgə əməkdaşlıq üçün qısammüddətli proqramın hazırlanması qərar alındı.

Eyni gündə nazir Əbülfəs Qarayev universitetin fəxri doktoru və ziyarətçi professoru kimi, həmçinin YUNESKO-nun Ümumdünya İrs Komitəsinin sədri qismində tələbələr qarşısında “Dəyişikliklər və münaqişə dövründə mədəniyyəti qoruyaq: İnsan təhlükəsizliyi üçün mədəniyyət və irsin dəyərləri və ənənələrinin əhəmiyyəti” mövzusunda mühazirə ilə çıxış etməyə dəvət olundu.

Nazir çıxışı zamanı müasir dövrdə mədəni proseslər, münaqişə və müharibələrin mədəni irsə təsirləri, xüsusilə Qarabağ münaqişəsi zamanı Azərbaycan mədəniyyətinə və irsinə dəymiş ziyan, YUNESKO-nun bu istiqamətlərdə fəaliyyəti, Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyası, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü “Bakı Prosesi” təşəbbüsü və bu çərçivədə həyata keçirilmiş layihə və beynəlxalq tədbirlər, mədəniyyətlərarası dialoqun insan təhlükəsizliyi amili ilə bağlılığı kimi mövzulara toxundu. Mühazirə  nazir ilə tələbələr arasında sual-cavab formasında müzakirələrlə davam etdi.

XƏBƏRLƏR

22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək
21.05.2019 11:08
Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb
21.05.2019 10:36
Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib
20.05.2019 17:45
Ağcabədidə Beynəlxalq Muzeylər Günü münasibət ilə “Açıq qapı” günü təşkil edilib
20.05.2019 17:14
“Zeytun ağacları” beynəlxalq mədəni marşrutunun ekspert qrupu ölkəmizdə səfərdədir
20.05.2019 16:32
Xaçmazda Muzeylər gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:32
Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:11
Mədəniyyət Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığa dair birgə Fəaliyyət planı imzalandı
20.05.2019 14:58
Qax rayonunda fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçirilib
20.05.2019 14:36
Azərbaycan “Gənc ulduzlar-2019” Xeyriyyə Festivalında təmsil olunub
20.05.2019 14:18
Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçiriləcək
20.05.2019 14:15
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20.05.2019 12:39
Gənc Prezident təqaüdçülərinin iştirakı ilə konsert-festival keçiriləcək
18.05.2019 18:23
18 may dünyanın hər yerində Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur